main-post-cover

    Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib

    Tech-Biznes
    29.08.2025
    Emil Nəcəfov
         2025-ci ilin ikinci rübünün yekunlarına görə Huawei ilk dəfə ağıllı saat tədarükü həcminə görə Apple-ı geridə qoyaraq dünyada birinci yerə çıxıb. Bu nailiyyətdə əsas rol Çin bazarına məxsusdur, hansı ki, dünya üzrə cihaz tədarükünü illik müqayisədə 8% artırıb. Müsbət dinamikanın bərpası qlobal ağıllı saat bazarının canlanmasını göstərdi. Qeyd edək ki, bu bazar 2024-cü ilin birinci rübündən başlayaraq ardıcıl 5 rüb davam edən uzunmüddətli enişdə idi. Qlobal artım xüsusilə Çin bazarında istehlakçı tələbinin yüksəlməsi ilə əlaqədardır. Burada Huawei, XiaomiImoo kimi brendlər liderlik edirlər. Yerli alıcıları sağlamlıq məsələlərinə artan maraq, süni intellekt və əşyaların interneti (IoT) funksiyalarının inteqrasiyası, eləcə də ekosistemə daxil olan çoxfunksiyalı qurğular cəlb edib. İstehlakçılar üçün ağıllı saatların ən vacib imkanları fitnes funksiyaları, ünsiyyət, ödənişlər və naviqasiyadır - onlar smartfonlara asanlıqla qoşulduqları üçün bütün yaş qruplarından istifadəçilər tərəfindən rahatlıqla istifadə edilə bilir.
         Bu gün ağıllı saatlar rəqəmsal həyatın ayrılmaz hissəsinə çevrilib. Son 1 ildə Huawei ağıllı saat tədarükünü 52% artırıb - bu, dünyanın aparıcı 10 brendi arasında ən yüksək artım göstəricisidir. Çin texnologiya nəhəngi Apple-ı geniş məhsul çeşidi, daxili bazarda sabit artım və orta və premium seqmentlərdə rəqabətədavamlı qiymətlər hesabına geridə qoyub. Tədarüklərin 3/3-dən çoxu Çinin payına düşüb, məhsul çeşidinin böyük hissəsi isə 100-400$ qiymət aralığında yerləşib. Şirkət Avropa, Afrika, Asiya-Sakit okean regionu və Yaxın Şərqdə də mövcudluğunu fəal şəkildə gücləndirir. Apple isə artıq ardıcıl 7 rübdür qlobal ağıllı saat tədarükündə azalma yaşayır və nəticədə liderliyi saxlaya bilməyib. Şirkət yalnız güclü iOS ekosistemi və sadiq auditoriyası hesabına inkişaf etmiş ağıllı saat seqmentində aparıcı mövqeyini qoruyub. Tədarük həcmlərinə görə liderlər sırasında əhəmiyyətli artım Xiaomi və Imoo tərəfindən göstərilib, lakin onlar bazarın fərqli seqmentlərində çıxış edirlər.
         Xiaomi qiymət və keyfiyyətin optimal nisbəti, həmçinin geniş coğrafi əhatə dairəsi hesabına əsas imkanlara malik ağıllı saatlar seqmentində liderliyi ələ alıb. Imoo isə uyğun funksionallığı və gənc auditoriya ilə valideynlər arasında brendin tanınması sayəsində uşaq ağıllı saatları bazarında mövqelərini möhkəmlədib. Qlobal bazarın digər böyük oyunçularından biri Samsung olaraq qalır, lakin onun tədarükləri illik müqayisədə 3% azalıb. Apple və Samsung satışlarındakı müəyyən geriləmə isə qismən bu iki şirkətin auditoriyasının yeni nəsil modellərin satışa çıxmasını gözləyərək alışlarını təxirə salması ilə izah olunur. 2025-ci ilin ikinci rübündə Çin ilk dəfə tam funksional əməliyyat sistemi ilə təchiz olunmuş qabaqcıl ağıllı saatlar üçün ən böyük bazara çevrildi. Buna əlçatan modellərin mövcudluğu, dövlət subsidiyaları, yerli tətbiq ekosistemləri ilə dərin inteqrasiya, həmçinin Şimali Amerika bazarındakı geriləmə təsir göstərib. Analitiklərin fikrincə, qlobal bazarda müsbət dinamika ən azı ilin sonuna qədər davam edəcək: illik artım təxminən 7% səviyyəsində gözlənilir.
         Yüksək tələbi süni intellekt funksiyalarının inteqrasiyası və sağlamlıq göstəricilərini daha dəqiq izləməyə imkan verən yeni nəsil sensorlar stimullaşdıracaq. İstehsalçılar məhsullarını bütün qiymət kateqoriyalarında təklif edərək həm ilk dəfə ağıllı saat alanları, həm də cihazını yeniləmək istəyənləri cəlb edirlər. Huawei HarmonyOS, Google Wear OS Apple WatchOS ekosistemlərinin böyüməsi gözlənilir. Ekspertlərin fikrincə, Apple və Samsung isə daha çox səy göstərməli olacaqlar. Artıq təkcə brendə sədaqət kifayət etmir: istehlakçılar tibbi avadanlıq səviyyəsində funksiyalar, süni intellekt ilə fərdiləşdirmə və daha uzun batareya ömrü gözləyirlər. Əgər ABŞ və Koreya texnologiya nəhəngləri cari ilin ikinci yarısında ağıllı saatların imkanlarını həqiqətən genişləndirməyi bacarsalar, mövqelərini bərpa edə biləcəklər. Çin istehsalçıları isə istehsal miqyası, əlçatanlıq və ekosistemlərlə dərin inteqrasiya kimi sahələrdə temp müəyyən etməyə davam edirlər. Bazarda innovasiyaların yeni mərhələsi başlayıb - uzunmüddətli perspektivdə əsas rolu süni intellekt və səhiyyə ilə bağlı funksiyalar oynayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S26 Ultra-nın batareya həcmi məlum olub
    samsung-galaxy-s26-ultra-nin-batareya-hecmi-melum-olub
    Üçqat qatlana bilən Huawei Mate XTs-in təqdimatı anons edilib
    ucqat-qatlana-bilen-huawei-mate-xts-in-teqdimati-anons-edilib
    Xiaomi HyperOS 3 təqdim edilib
    xiaomi-hyperos-3-teqdim-edilib
    Büdcəli Samsung Galaxy M07 4G smartfonunun texniki imkanları açıqlanıb
    budceli-samsung-galaxy-m07-4g-smartfonunun-texniki-imkanlari-aciqlanib
    Qlobal bazarda Huawei FreeBuds SE 4 ANC naqilsiz qulaqlığı təqdim edilib
    qlobal-bazarda-huawei-freebuds-se-4-anc-naqilsiz-qulaqligi-teqdim-edilib