Meta şirkəti kameralara sahib süni zəka əsaslı qulaqlıqlar hazırlayır
Cihazlar+
15.05.2024
Emil Nəcəfov
Hal-hazırda bir çox şirkətlər kimi Meta şirkəti də süni zəka texnologiyasının müxtəlif məhsullara inteqrasiya edilməsinə hədəflənib. Ortaya çıxmış yeni məlumata əsasən isə Meta şirkəti kameralara sahib süni zəka əsaslı smart qulaqlıqlar üzərində çalışır. Məlumata əsasən süni zəka vasitəsilə smart qulaqlıqlar öz ətraflarında olan obyektlər barəsində kontekst məlumatları istifadəçiyə təqdim edəcəklər. Bununla yanaşı hazırlanan qulaqlıqlar real zaman ərzində tərcümə imkanına da sahib olacaqlar. Məlumata əsasən Meta-nın kameralara sahib smart qulaqlıqları Camerabuds kod adına sahibdirlər.
Məlumatda qeyd edilib ki, onlar real zaman ərzində tərcümə və obyektlərin təyin olunması funksiyalarını təqdim edəcəklər. Şirkətdə hal-hazırda sözügedən qulaqlıqların bir neçə dizaynları nəzərdən keçirilir. Şirkət həmçinin qulaqlıqlara inteqrasiya edilməsi planlaşdırılan kameralar üçün yeni texnologiyanı nəzərdən keçirir. Məlumata əsasən o bunu elektronika istehsalçısı olan Ear Micro şirkəti ilə birlikdə edir. Məlumatda qeyd edilib ki, Meta-nın hazırladığı smart qulaqlıqlarda hal-hazırda qızma problemi yaşanır. Üstəlik istifadəçi saçının kamera baxış bucağına düşməsi problemi də var. Şirkətin kameralara sahib süni zəka əsaslı smart qulaqlıqlarını nə zaman təqdim edəcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır
Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır
Süni zəka sistemlərinin hazırlanması ilə məşğul olan texnoloji şirkətlərin öz süni zəka modellərinin təlimatlandırılmaları üçün məlumat mənbələrinin axtarışında olduqları bir vaxtda Meta şirkətinin həmin texnoloji şirkətlər qarşısında böyük üstünlüyə sahib olduğu məlum olub.
Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Meta şirkəti istifadəçilərə Instagram daxilində öz çat-botlarını yaratmağa imkan verəcək yeni funksiya üzərində çalışır.
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti süni zəkaya və onunla bağlı infrastruktura investisiyaları genişləndirməyi planlaşdırır.
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Stanford Universiteti dünyanın ən etibarlı süni intellekt dil modellərini araşdırıb. Araşdırma nəticəsində Anthropic rəqiblərini geridə qoyub.
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət cihazları beyin siqnalları vasitəsilə idarə etməyə imkan verəcək texnologiya üzərində çalışır və bu layihədə bir xeyli irəliləyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ