main-post-cover

    Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır

    Sosial Media
    29.04.2024
    Farid Pardashunas
         Meta şirkəti istifadəçilərə Instagram daxilində öz çat-botlarını yaratmağa imkan verəcək yeni funksiya üzərində çalışır. Sözügedən yeni funksiya AI Studio adlanır və o, Instagram istifadəçilərinə müxtəlif tapşırıqlar üçün nəzərdə tutulmuş çat-botların yaradılması ilə onların ayarlanması imkanlarını verəcək. İstifadəçilər səyahətlərin planlaşdırılması, alış-veriş, romantik münasibətlər və s. mövzulara hədəflənmiş çat-botları yarada biləcəklər. İnsayderlər AI Studio funksiyasının interfeysini sərgiləyən fotonu təqdim ediblər. Bununla yanaşı məlumatda qeyd edilib ki, istifadəçilər AI Studio vasitəsilə fərdi çat-botlardan əlavə olaraq digərlərinin də istifadə edə biləcəkləri çat-botları yarada biləcəklər. Yəni onlar açıq mənbə şəklində təqdim olunacaqlar və sahib olduqları ayarlara istiqamətlənmiş tapşırıqları yerinə yetirəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
    meta-sirketi-bu-il-suni-zeka-sahesine-30-milyard-dollardan-cox-investisiya-yatiracaq
    Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
    en-etibarli-suni-intellekt-dil-modelleri-mueyyen-edilib
    Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
    meta-sirketi-beyin-siqnallarini-qebul-ede-bilecek-smart-qolbaq-uzerinde-calisir
    TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
    tiktok-instagram-analoqunu-hazirladigini-tesdiqleyib
    WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur
    whatsapp-da-suni-zeka-esasli-cat-bot-test-olunur