main-post-cover

    Motorola Edge 60-ın render fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    21.04.2025
    Emil Nəcəfov
         Motorola şirkəti Edge 60 FusionEdge 60 STYLUS smartfonlarını təqdim edəndən sonra indi də adi Edge 60 modelini təqdim etməyə hazırlaşır. İnternetdə isə bu modelin fotoları və texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da göründüyü kimi Edge 60 smartfonu xarici görünüşcə Motorola-nın son zamanlarda təqdim etmiş olduğu digər smartfonlardan fərqlənməyəcək.
         Məlumatda qeyd olunub ki, Edge 60 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.7 düym ölçülü pOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfon 50 MP-lik əsas arxa kameranı və 50 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə Edge 60-ın 68 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola öz ilk noutbuku Moto Book 60-ı təqdim edib - QİYMƏTİ
    motorola-oz-ilk-noutbuku-moto-book-60-i-teqdim-edib-qiymeti
    Moto Pad 60 PRO planşeti təqdim edilib - QİYMƏTİ
    moto-pad-60-pro-planseti-teqdim-edilib-qiymeti
    Orta büdcəli Motorola Edge 60 STYLUS smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-motorola-edge-60-stylus-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Motorola Razr 2025 smartfon seriyasının təqdimatı anons edilib
    qatlana-bilen-qapaqli-motorola-razr-2025-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Orta büdcəli Moto G Stylus 2025 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-moto-g-stylus-2025-smartfonu-teqdim-edilib-qiymeti