main-post-cover

    MSI MAG 274QF X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.02.2025
    Emil Nəcəfov
         MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 274QF X24 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Rapid IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4a girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI MAG 274QF X24 iyun ayının əvvəlində satışa çıxacaq və onun qiyməti 299 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google TV-yə sahib MSI Modern MD272UPSW smart monitoru təqdim edilib
    google-tv-ye-sahib-msi-modern-md272upsw-smart-monitoru-teqdim-edilib
    MSI MAG 273QP gaming monitoru təqdim edilib
    msi-mag-273qp-gaming-monitoru-teqdim-edilib
    Yüksək təsvir yenilənməsinə sahib MSI MAG 275QF X32 gaming monitoru təqdim edilib
    yuksek-tesvir-yenilenmesine-sahib-msi-mag-275qf-x32-gaming-monitoru-teqdim-edilib
    MSI yeni portativ oyun konsolu üzərində çalışır
    msi-yeni-portativ-oyun-konsolu-uzerinde-calisir
    MSI MPG 272QR QD-OLED X50 gaming monitoru təqdim edilib
    msi-mpg-272qr-qd-oled-x50-gaming-monitoru-teqdim-edilib