main-post-cover

    Apple Çin bazarını itirməyə davam edir

    Tech-Biznes
    18.04.2025
    Emil Nəcəfov
         IDC-nin press-relizində qeyd olunduğu kimi, ötən rübdə Çində smartfon seqmenti ümumilikdə 3.3% artaraq 71.6 milyon ədədə çatıb. Yerli bazarın ümumi artımına yanvar ayında Çin hökumətinin 810$-a qədər dəyəri olan smartfonların alınmasına tətbiq etdiyi subsidiyalar səbəb olub. Lakin Apple-ın bəzi məhsulları bu subsidiyaya daxil edilmədiyi üçün iPhone-un Çindəki bazar payının azalması qismən bununla izah olunur. IDC-nin materialında bildirilir ki, ilin birinci rübündə satış həcmlərinin artmasına Çin ay təqvimi ilə qeyd olunan Yeni il bayramına təsadüf edən mövsümi tələbat da təsir göstərib.
         Qlobal smartfon bazarı isə birinci rübün yekunlarına görə 1/5% artıb, bu səbəbdən Çin bazarı daha sürətli artım nümayiş etdirib. IDC analitikləri əvvəlcədən subsidiyaların Çin smartfon bazarına daha güclü stimullaşdırıcı təsir göstərəcəyini gözləyirdilər. Xiaomi şirkətinin məhsul tədarükündəki dinamika ona təxminən 10 ildən sonra yenidən Çin smartfon bazarında birinci yerə qayıtmağa imkan verib. Tədarüklər illik müqayisədə 39.9% artaraq 13.3 milyon smartfona çatıb və Xiaomi-nin bazar payı 9.5%-dən 13.3%-ə yüksəlib. Huawei ikinci yerlə kifayətlənib, lakin onun da tədarükləri 10% artaraq 12.9 milyon smartfona çatıb, bazar payı isə 17%-dən 18%-ə yüksəlib.
         Üçüncü yerdə 11.2 milyon ədəd və 3.3% artımla OPPO qərarlaşıb, şirkət bazar payını 15.7% səviyyəsində qoruyub. Dördüncü yerdə olan Vivo-nun bazar payı 14.6%-dən 14.4%-ə bir qədər azalsa da, tədarük həcmi 2.3% artaraq 10.3 milyon ədədə çatıb. İlk beşliyi isə Apple tamamlayır - şirkət iPhone tədarükünü birdən-birə 9% azaldaraq Çin smartfon bazarındakı payından 1.9% itirib və rübü 13.7% bazar payı ilə başa vurub. Beləliklə, Apple birinci rübün nəticələrinə əsasən, tədarük həcmini azaldan yeganə beşlik üzvü olub. Digər tərəfdən, ilk beşlikdən kənarda qalan digər Çin bazarı iştirakçıları smartfon tədarüklərini 14% azaldaraq 14 milyon ədədə endiriblər və onların ümumi bazar payı 19.5% təşkil edib.
    Mənbə: IDC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta Facebook, WhatsApp və Threads-də Apple Intelligence imkanlarını deaktiv edib
    meta-facebook-whatsapp-ve-threads-de-apple-intelligence-imkanlarini-deaktiv-edib
    Apple Vision Pro-nun Vision Air adlı nazik gövdəli davamçısı üzərində çalışmış ola bilər
    apple-vision-pro-nun-vision-air-adli-nazik-govdeli-davamcisi-uzerinde-calismis-ola-biler
    Qatlana bilən iPhone modeli Galaxy Z Fold 6-dan 10% daha baha ola bilər
    qatlana-bilen-iphone-modeli-galaxy-z-fold-6-dan-10-daha-baha-ola-biler
    Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür
    meta-imessage-in-instagram-ve-facebook-messenger-den-meshur-oldugunu-dusunur
    Apple 2 cihazı öz köhnəlmiş cihazlar siyahısına əlavə edib
    apple-2-cihazi-oz-kohnelmis-cihazlar-siyahisina-elave-edib