main-post-cover

    Nazik gövdəyə sahib orta büdcəli Samsung Galaxy M56 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2025
    Emil Nəcəfov
         Samsung orta büdcəli Galaxy M56 5G smartfonunu təqdim edib. Samsung-un bu yeni smartfonu böyük ölçülü ekranı, Exynos prosessorunu və nazik gövdəni əldə edib. Beləliklə Galaxy M56 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdə qalınlığı 7.2 mm təşkil edir. Bu isə keçən ilki Galaxy A55 5G-dən 30% daha nazik gövdə deməkdir.
         Galaxy M56 5G smartfonu Exynos 1480 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung bildirib ki, Galaxy M56 5G smartfonu 6 illik Android və təhlükəsizlik dəstəyinə sahib olacaq. Smartfon 23 aprel tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 328$-dan start götürəcək. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dözümlü gövdəyə sahib Samsung Galaxy Tab Active 5 Pro planşeti təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-samsung-galaxy-tab-active-5-pro-planseti-teqdim-edilib-qiymeti
    Dözümlü gövdəyə sahib Samsung Galaxy XCover 7 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-samsung-galaxy-xcover-7-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S26 seriyasında Exynos 2600-ın istifadəsi barəsində yeni məlumat ortaya çıxıb
    samsung-galaxy-s26-seriyasinda-exynos-2600-in-istifadesi-baresinde-yeni-melumat-ortaya-cixib
    Samsung 8 ədəd Galaxy smartfonu üçün proqram təminatı dəstəyini dayandırıb
    samsung-8-eded-galaxy-smartfonu-ucun-proqram-teminati-desteyini-dayandirib
    Dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro-nun render fotosu yayımlanıb
    dozumlu-govdeye-sahib-galaxy-xcover-7-pro-nun-render-fotosu-yayimlanib