main-post-cover

    Nokia smartfon bazarına yenidən geri qayıtmağa çalışır

    Cihazlar+
    22.07.2025
    Emil Nəcəfov
         Son illərdə yalnız brendini lisenziyalaşdıran, lakin artıq telefonları özü istehsal etməyən Nokia şirkəti əsas istehsal tərəfdaşını dəyişə bilər. Finlandiya şirkətinin rəsmi hesabı Reddit platformasında bildirib ki, hazırda mobil texnologiya sahəsində əməkdaşlıq üçün tərəfdaş axtarışı aparılır. “Əgər siz irimiqyaslı mobil cihaz istehsalçısısınızsa və əməkdaşlıq imkanlarını müzakirə etmək istəyirsinizsə, bizimlə kanallarımızdan biri vasitəsilə əlaqə saxlayın” - deyə Nokia Community Manager-ə məxsus rəsmi hesabın şərhində qeyd olunub.
         Son illərdə Nokia brendi mobil cihazlar bazarında Finlandiya brendinin lisenziyası əsasında smartfonlar və düyməli telefonlar istehsal edən HMD Global şirkəti sayəsində mövcud idi. Lakin Android Authority-nin məlumatına görə, bu əməkdaşlıq 2026-cı ildə başa çata bilər, çünki həmin vaxt müqavilənin müddəti bitir. HMD Global-ın bu müqaviləni uzadıb-uzatmayacağı dəqiq bilinmir, lakin istehsalçı hələ 2 il əvvəl öz brendi altında texnika istehsal etməyi planlaşdırdığını bildirmişdi və artıq HMD markası ilə smartfonlar təklif etməyə başlayıb.
         Nokia-nın Reddit-dəki paylaşımı həm HMD Global-ın finlərlə əməkdaşlığı tədricən dayandırdığını, həm də Nokia-nın aktiv şəkildə yeni istehsal tərəfdaşı axtardığını dolayı yolla təsdiqləyir. Ekspertlərin fikrincə, bu gün Nokia brendi artıq 10 və ya 20 il əvvəlki tanınmışlığa malik deyil, xüsusilə də gənc nəsil arasında. Buna görə də yeni Nokia telefonlarının gələcəyini parlaq adlandırmaq olmaz. Finlandiyalılar mobil texnologiya yarışına qayıtmaq üçün əvvəlkindən qat-qat çox səy göstərməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nokia Ayda ilk mobil 4G şəbəkəsini istifadəyə verməyə hazırlaşır
    nokia-ayda-ilk-mobil-4g-sebekesini-istifadeye-vermeye-hazirlasir
    HMD Global şirkəti bütün Nokia smartfonlarının istehsalını dayandırdığını elan edib
    hmd-global-sirketi-butun-nokia-smartfonlarinin-istehsalini-dayandirdigini-elan-edib
    Bir vaxtlar satış rekordları qıran Nokia 2300 modernləşdirilərək yenidən satışa çıxarılır!
    bir-vaxtlar-satis-rekordlari-qiran-nokia-2300-modernlesdirilerek-yeniden-satisa-cixarilir
    Nokia, NASA ilə birlikdə ayda 4G LTE şəbəkəsi quracaq!
    nokia-nasa-ile-birlikde-ayda-4g-lte-sebekesi-quracaq
    Nokia, tarixdə ilk dəfə olaraq 3D telefon danışığını həyata keçirib!
    nokia-tarixde-ilk-defe-olaraq-3d-telefon-danisigini-heyata-kecirib