main-post-cover

    Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    31.01.2025
    Emil Nəcəfov
         Nothing şirkəti bir neçə gün bundan öncə növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 4 mart tarixində baş tutacaq. Lakin şirkət 4 mart tarixində hansı məlumatın təqdim olunacağını açıqlamadı. Onun tərəfindən təqdim edilmiş tizer fotolardan yalnız məlum idi ki, həmin tarixdə yeni smartfon təqdimatı baş tutacaq. İlk öncə hamı bunun Nothing Phone (3) smartfonu olacağını güman etdi. Lakin əslində bu belə deyil.
         İndi Nothing şirkəti 4 mart tarixində hansı smartfonun təqdim olunacağını rəsmi şəkildə açıqlayıb. Şirkət tərəfindən təqdim edilmiş yeni tizer fotoda qeyd edilib ki, 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyası təqdim ediləcək. Qeyd etmək lazımdır ki, daha öncə də bnəzi insayderlər 2025-ci ilin əvvəlində məhz Nothing Phone (3a) smartfon seriyasının təqdim olunacağını bildirirdilər. İndi isə bu məlumat şirkət tərəfindən rəsmi şəkildə təsdiqlənmiş oldu.
         Nothing tərəfindən təqdim edilmiş yeni tizer fotoda həmçinin bu yeni seriyanın necə arxa panel dizaynına sahib olacağını görmək olar. Fotoya əsasən smartfon arxa paneldən şaquli şəkildə yerləşdirilmiş kameralara sahib olacaq. Bununla yanaşı kameraları Glyph işıqlandırma sistemi əhatə edəcək. Daha öncəki məlumat sızıntılarına inansaq, Nothing Phone (3a) smartfonu özündə 50 MP + 50 MP + 8 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, şirkət Nothing Phone (3a) ilə yanaşı üstəlik Nothing Phone (3a) Pro modelini də təqdim edəcək. Lakin Pro modelinin texniki imkanları barəsində heç bir məlumat yoxdur.
    Mənbə: Nothing
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3)-ün təqdimatı anons edilib
    nothing-phone-3-un-teqdimati-anons-edilib
    Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb
    nothing-novbeti-smartfonuna-dair-qeyri-adi-tizer-fotonu-bolusub
    Nothing şirkəti irimiqyaslı genişlənməyə hədəflənib
    nothing-sirketi-irimiqyasli-genislenmeye-hedeflenib
    Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı məlum olub
    nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-melum-olub
    Nothing Phone (3a) və Phone (3a) Plus smartfonları barəsində bəzi məlumatlar ortaya çıxıb
    nothing-phone-3a-ve-phone-3a-plus-smartfonlari-baresinde-bezi-melumatlar-ortaya-cixib