main-post-cover

    Oakley Meta Vanguard ağıllı eynəyi təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.09.2025
    Emil Nəcəfov
         Meta şirkəti Meta Connect 2025 tədbirində fiziki aktivlik, qaçış, velosiped sürmə və s. üçün nəzərdə tutulmuş yeni ağıllı eynəyi - Oakley Meta Vanguard-ı təqdim edib. Bu yeni eynəyin satışı 21 oktyabrda 499$-dan başlayacaq. Eynək Oakley Meta HSTN və digər Meta ağıllı eynəklərindəki iki kamera əvəzinə, 122 dərəcə baxış bucağına malik genişbucaqlı obyektivli 12 MP-lik böyük ön kamera ilə təchiz olunub. Bu kamera vasitəsilə 3K keyfiyyətində video çəkmək mümkündür. Oakley Meta Vanguard eynəyi Oakley Meta HSTN ilə müqayisədə 6 dB (desibel) daha yüksək səs gücü təmin edən daha güclü səsgücləndiricilərə sahibdir.
         Şirkətin sözlərinə görə, bunlar bu günə qədər brendin bütün eynək modelləri arasında ən güclü səsgücləndiricilərdir. Eynək həmçinin zənglər, mesajlaşma və ya səs vasitəsilə Meta AI istifadə zamanı eşidilməni yaxşılaşdırmaq üçün ətraf səs-küyü azaldan 5 mikrofonlu sistemlə təchiz olunub. Meta bildirir ki, Oakley Meta Vanguard modelində bütün düymələr aşağı hissədə yerləşdirilib ki, idmançı dəbilqə taxdığı halda da qurğudan rahat istifadə edə bilsin. Proqramlaşdırıla bilən xüsusi düymə istifadəçiyə fərdi süni intellekt göstərişi aktivləşdirməyə imkan verir.
         Onu Meta AI tətbiqi vasitəsilə müəyyən funksiyaları yerinə yetirməsi üçün tənzimləmək olar, məsələn, Spotify-da seçilmiş playlisti işə salmaq və ya videonu hiperlaps rejimində başlatmaq. Oakley Meta Vanguard eynəyi 9 saata qədər avtonom işləmə müddəti və ya 6 saata qədər fasiləsiz musiqi oxutma imkanını dəstəkləyir. Şarj futlyarından istifadə əlavə 36 saatlıq avtonom iş vaxtı təmin edir. Onun köməyi ilə cəmi 20 dəqiqəyə batareyanın 50%-i doldurula bilər. Eynək IP67 standartı üzrə toz və suya davamlılıq dərəcəsinə malikdir ki, bu da Meta ağıllı eynəkləri arasında ən yüksək qorunma səviyyəsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta Ray-Ban Display AR eynəyi təqdim edilib - QİYMƏTİ
    meta-ray-ban-display-ar-eyneyi-teqdim-edilib-qiymeti
    Ray-Ban Meta Gen 2 ağıllı eynəyi təqdim olunub - QİYMƏTİ
    ray-ban-meta-gen-2-agilli-eyneyi-teqdim-olunub-qiymeti
    ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
    abs-hokumeti-suni-intellekt-esasli-cat-botlarin-tehlukesizlikleri-ile-bagli-istintaqa-baslayib
    Meta-dan süni intellekt mütəxəssislərinin axını davam edir
    meta-dan-suni-intellekt-mutexessislerinin-axini-davam-edir
    WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib
    whatsapp-daki-tehlukesizlik-ile-bagli-problemleri-gormezden-geldiyi-sebebile-meta-mehkemeye-verilib