main-post-cover

    OnePlus Pad 2 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.05.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, OnePlus Pad 2 Pro-dan gedir. OnePlus-ın bu yeni planşeti böyük ölçülü ekranı və flaqman Snapdragon prosessorunu əldə edib. Beləliklə OnePlus Pad 2 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3392x2400 piksel keyfiyyətli 13.2 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin gövdə qalınlığı 5.97 mm, çəkisi isə 675 qram təşkil edir.
         Beləliklə bu, planşetlər arasında ən nazik gövdəli və yüngül planşetlərdən biridir. OnePlus Pad 2 Pro Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 12 140 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad 2 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 444$-dan start götürür. Planşetin digər ölkələrdə satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13s-in yaxın zamanda təqdimatı elan edilib
    oneplus-13s-in-yaxin-zamanda-teqdimati-elan-edilib
    Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ
    kompakt-olculu-oneplus-13t-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan OnePlus 13T-nin hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13t-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-aciqlanib
    Təqdimata hazırlaşan OnePlus 13T-nin arxa kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13t-nin-arxa-kamera-gostericileri-resmi-sekilde-aciqlanib
    OnePlus Pad 2 Pro flaqman planşeti Geekbench testlərindən keçib
    oneplus-pad-2-pro-flaqman-planseti-geekbench-testlerinden-kecib