OPPO Find N5-in gövdəsi hətta iPad Pro 2024-ün gövdəsindən də nazik olacaq
Cihazlar+
27.01.2025
Emil Nəcəfov
OPPO artıq gələn ay qatlana bilən OPPO Find N5 smartfonunu təqdim edə bilər. Sözügedən yeni qatlana bilən smartfon barəsində son zamanlarda çoxlu sayda məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumatların hamısında da qeyd edilib ki, OPPO Find N5 qatlana bilən smartfonlar bazarında ən nazik gövdəli smartfon olmağa iddialıdır. Bu yeni smartfon hətta bazardakı ən nazik gövdəli planşetlərdən də daha nazik ola bilər. Məsələ burasındadır ki, OPPO-nun xarici marketinq üzrə prezidenti Billy Zhang təqdimata hazırlaşan OPPO Find N5-in yeni tizer fotosunu təqdim edib.
Təqdim edilmiş fotoda smartfonun gövdə qalınlığı Apple şirkətinin keçən ilin may ayında təqdim etmiş olduğu M4 prosessorlu iPad Pro planşetinin gövdə qalınlığı ilə müqayisə edilib. Qeyd etmək lazımdır ki, bu planşet Apple tarixinin ən nazik gövdəli cihazıdır. Fotodan da görmək olar ki, OPPO Find N5-in tam açıq vəziyyətdə gövdəsi hətta iPad Pro 2024 planşetinin gövdəsindən də nazik olacaq. Lakin nəzərə almaq lazımdır ki, fotoda iPad Pro 2024-ün hansı ekran ölçüsünə sahib versiyasının əks olunduğu qeyd edilməyib. Belə ki, planşetin 11 düym ölçülü ekrana sahib versiyasının gövdə qalınlığı 5.3 mm, 13 düym ölçülü ekrana sahib versiyasının gövdə qalınlığı isə 5.1 mm təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu il nazik gövdəli smartfonların ili olacaq
Bu il nazik gövdəli smartfonların ili olacaq
Görünür, bu il nazik gövdəli smartfonların ili olacaq. Samsung 22 yanvar tarixində Galaxy Unpacked 2025 tədbirinin sonunda nazik gövdəli Galaxy S25 Edge smartfonunu anons etdi.
Qatlana bilən OPPO Find N5-in yeni real fotoları ortaya çıxıb
Qatlana bilən OPPO Find N5-in yeni real fotoları ortaya çıxıb
OPPO şirkəti yaxın zamanda yeni qatlana bilən smartfonu OPPO Find N5-i təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun real fotoları ortaya çıxıb.
OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib
OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib
Biz biraz əvvəl xəbər verdik ki, OPPO-nun təqdimata hazırlaşan yeni qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib. İndi isə sözügedən smartfonun yeni fotoları ortaya çıxıb.
Qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib
Qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib
OPPO şirkəti yaxın zamanda yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, OPPO Find N5 smartfonundan gedir. İndi isə məlum olub ki, sözügedən yeni qatlana bilən smartfon Geekbench testlərindən keçib.
OPPO Find X8 Mini smartfonunun bəzi əsas texniki imkanları təqdim edilib
OPPO Find X8 Mini smartfonunun bəzi əsas texniki imkanları təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan kompakt ölçülü OPPO Find X8 Mini smartfonu barəsində yeni təfərrüatları bölüşüb.
Həftənin xəbərləri
Bu il nazik gövdəli smartfonların ili olacaq
Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub