
OPPO K13 Turbo 5G və K13 Turbo Pro 5G smartfonları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.07.2025
Emil Nəcəfov
OPPO şirkəti OPPO K13 Turbo 5G və K13 Turbo Pro 5G smartfonlarını təqdim edib. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından oxşardırlar. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1200 piksel keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Üstəlik ekran OPPO Crystal Shield qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Bu smartfonlarda gövdə IPX6/X8/X9 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. OPPO K13 Turbo 5G modeli MediaTek Dimensity 8450 prosessoru vasitəsilə, K13 Turbo Pro 5G modeli isə Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfonlar 50 MP + 2 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə ediblər. Batareyaya gəldikdə isə hər iki smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu yeni smartfonlar artıq Çində satışa çıxıb. OPPO K13 Turbo 5G modelinin qiyməti 250$-dan, K13 Turbo Pro 5G modelinin qiyməti isə 278$-dan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
Orta büdcəli OPPO Reno14F 5G smartfonu təqdim olunub - QİYMƏTİ

Orta büdcəli OPPO Reno14F 5G smartfonu təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno14F 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon orta ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Büdcəli OPPO K13x 5G smartfonu təqdim olunub - QİYMƏTİ

Büdcəli OPPO K13x 5G smartfonu təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO K seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, OPPO K13x 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ

Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyası ilə yanaşı üstəlik OPPO Pad SE adlı orta büdcəli planşetini də təqdim edib.
Həftənin xəbərləri

