
Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
15.05.2025
Emil Nəcəfov
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyası ilə yanaşı üstəlik OPPO Pad SE adlı orta büdcəli planşetini də təqdim edib. Beləliklə OPPO Pad SE planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet MediaTek Helio G100 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda OPPO Pad SE özündə 5 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 9340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Pad SE-nin gövdə qalınlığı 7.39 mm, çəkisi isə 530 qram təşkil edir. OPPO Pad SE planşeti 23 may tarixində Çində satışa çıxacaq və onun qiyməti 124$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ

OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub. OPPO Reno 14 və Reno 14 Pro. Sözügedən yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki imkanlar baxımından fərqliliklər var.
OPPO Pad SE planşetinin təqdimatı anons edilib

OPPO Pad SE planşetinin təqdimatı anons edilib
OPPO şirkəti yeni orta büdcəli planşetinin təqdimatını anons edib. Söhbət, OPPO Pad SE-dən gedir. Şirkət sözügedən yeni planşetinin xarici görünüşünü sərgiləyib və onun barəsində bəzi təfərrüatları təqdim edib.
OPPO Reno 14 Pro smartfonu Geekbench testlərindən keçib

OPPO Reno 14 Pro smartfonu Geekbench testlərindən keçib
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə bu seriyanın modellərindən birinin render fotolarını təqdim etmişdi.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
Təqdimata hazırlaşan OPPO Reno 14 modellərindən birinin render fotoları təqdim edilib

Təqdimata hazırlaşan OPPO Reno 14 modellərindən birinin render fotoları təqdim edilib
OPPO şirkəti bu il ərzində OPPO Reno 14 smartfon seriyasını təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq modellərdən birinin render fotolarını təqdim edib.
Həftənin xəbərləri

