main-post-cover

    Orta büdcəli AOC Gaming U27G4R monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.05.2025
    Emil Nəcəfov
         AOC şirkəti orta büdcəli yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru AOC Gaming U27G4R adlanır. Beləliklə sözügedən monitor iki rejimdə çalışa bilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və Ultra HD görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur. Monitorun özü isə 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 124.7%-ni, DCI-P3 rəng diapazonunun isə 95.9%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4 USB 3.1 girişlərini əldə edib. AOC Gaming U27G4R artıq satışa çıxıb və onun qiyməti 400$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AOC Q27G4K gaming monitoru təqdim edilib
    aoc-q27g4k-gaming-monitoru-teqdim-edilib
    Orta büdcəli AOC Q27G4Z gaming monitoru təqdim edilib - QİYMƏTİ
    orta-budceli-aoc-q27g4z-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G40XMN gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-q27g40xmn-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Büdcəli AOC 24B35H monitoru təqdim olunub - QİYMƏTİ
    budceli-aoc-24b35h-monitoru-teqdim-olunub-qiymeti
    AOC Q27G3H gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-q27g3h-gaming-monitoru-teqdim-edilib-qiymeti