
Orta büdcəli Moto G86 Power 5G təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.07.2025
Emil Nəcəfov
Motorola şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G86 Power 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G86 Power 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və o, Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.

Smartfon MediaTek Dimensity 7400 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G86 Power 5G özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 6720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G86 Power 5G 6 avqust tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 205$ təşkil edəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 16-nı son ƏS yenilənməsi qismində əldə edəcək Motorola smartfonlarının siyahısı təqdim edilib

Android 16-nı son ƏS yenilənməsi qismində əldə edəcək Motorola smartfonlarının siyahısı təqdim edilib
Motorola şirkəti öz smartfonlarında Android 16-nın beta testinə artıq start verib. Lakin bəzi smartfonlar üçün Android 16 son əməliyyat sistemi yenilənməsi olacaq.
Orta büdcəli Moto G96 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Moto G96 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G96 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 5000 mAh-dan böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli Moto G100 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Moto G100 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G100 Pro-dan gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli Moto G66j 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Moto G66j 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto G66j 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon tanınan dizaynı, böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Həftənin xəbərləri

