main-post-cover

    Orta büdcəli REDMI Book 14 Ryzen Edition 2025 noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.05.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI Book 14 Ryzen Edition 2025 noutbukunu təqdim edib. Bu noutbuk 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 14 düym ölçülü ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Bu yeni noutbuk iki versiyada təqdim olunub. Birinci versiya AMD Ryzen 5 7535H prosessoru vasitəsilə, ikinci versiya isə Ryzen 7 7735H prosessoru vasitəsilə çalışır. Hər iki versiya 16 GB RAM ilə 512 GB-lıq SSD-ni əldə edib. Noutbukun batareya həcmi 56 vatt-saat təşkil edir. Noutbukun soyutma sistemi qismində 2 ədəd pər və 2 ədəd 8 millimetrlik istilik borusu çıxış edirlər. Noutbukun gövdə qalınlığı 15.9 mm, çəkisi isə 1.35 kq təşkil edir. Noutbuk özündə HDMI 2.1 TMDS, USB-CUSB-A girişlərini birləşdirir. REDMI Book 14 Ryzen Edition 2025 artıq Çində satışa çıxıb. Noutbukun Ryzen 5 7535H prosessorlu versiyasının qiyməti 458$, Ryzen 7 7735H prosessorlu versiyasının qiyməti isə 514$ təşkil edir. REDMI Book 14 Ryzen Edition 2025-in Çindən kənarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
    xiaomi-qlobal-agilli-saat-ve-qolbaqlar-bazarinda-apple-sirketini-geride-qoyub
    Büdcəli REDMI G24 240 Hz Edition gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-g24-240-hz-edition-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi-nin Android 16-nı əldə edəcək 50-dən çox cihazının siyahısı təqdim edilib
    xiaomi-nin-android-16-ni-elde-edecek-50-den-cox-cihazinin-siyahisi-teqdim-edilib
    HyperOS 2.2-ni ilk əldə edəcək Xiaomi smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
    hyperos-22-ni-ilk-elde-edecek-xiaomi-smartfonlarinin-qeyri-re-siyahisi-teqdim-edilib
    Xiaomi flaqman smartfonlarını Qualcomm prosessorları ilə təmin etməyə davam edəcək
    xiaomi-flaqman-smartfonlarini-qualcomm-prosessorlari-ile-temin-etmeye-davam-edecek