
Orta büdcəli Samsung Galaxy A17 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.08.2025
Emil Nəcəfov
Samsung öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A17 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy A17 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Smartfon Exynos 1330 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy A17 5G özündə 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung bildirib ki, bu yeni smartfon 6 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy A17 5G artıq satışa çıxıb və onun qiyməti 240 avrodan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb

Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb
Samsung şirkəti 4 smartfonunun rəsmi dəstəyini dayandırıb. Şirkətin rəsmi dəstəyinin dayandırıldığı bu dəfəki smartfonlar Galaxy A, Galaxy F və Galaxy M seriyalarını əhatə edirlər.
Samsung Odyssey G7 G75F gaming monitoru təqdim edilib - QİYMƏTİ

Samsung Odyssey G7 G75F gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Odyssey seriyasına daxil olan yeni gaming monitorunu təqdim edib. Yeni monitor Samsung Odyssey G7 G75F adlanır.
Samsung Galaxy S25 FE-nin bütün texniki imkanları açıqlanıb

Samsung Galaxy S25 FE-nin bütün texniki imkanları açıqlanıb
Samsung şirkəti aktiv şəkildə Galaxy S25 FE smartfonu üzərində çalışır. Keçən həftə məlumat ortaya çıxmışdı ki, hazırlanan bu yeni smartfon düşünüləndən daha tez zamanda təqdim oluna bilər.
İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar

İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
ABŞ-da İşgüzar Təcrübənin Yaxşılaşdırılması Bürosuna (Better Business Bureau) daxil olan Milli Reklam Şöbəsi (National Advertising Division, NAD) Apple, Google, Microsoft və Samsung şirkətlərinin süni intellektlə bağlı məhsulları reklam edən bir çox marketinq materiallarını araşdırıb və tənqid edib.
Samsung Galaxy S25 FE gözləniləndən daha tez təqdim olunacaq

Samsung Galaxy S25 FE gözləniləndən daha tez təqdim olunacaq
Yeni məlumata görə, Samsung şirkəti Galaxy S25 FE smartfonunu satışa çıxarmağa hazırlaşır və onu adi qrafikdən daha tez təqdim etməyi planlaşdırır.
Həftənin xəbərləri

