
Samsung Galaxy S25 FE-nin bütün texniki imkanları açıqlanıb
Cihazlar+
04.08.2025
Emil Nəcəfov
Samsung şirkəti aktiv şəkildə Galaxy S25 FE smartfonu üzərində çalışır. Keçən həftə məlumat ortaya çıxmışdı ki, hazırlanan bu yeni smartfon düşünüləndən daha tez zamanda təqdim oluna bilər. Bunun hətta sentyabr ayında baş tutacağı gözlənilir. İndi isə insayderlər Galaxy S25 FE-nin bütün texniki imkanlarını açıqlayıblar. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumatlara əsasən Samsung-un bu yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və ekran Gorilla Glass Victus qoruyucu şüşə ilə əhatə olunacaq.

Məlumatda qeyd edilib ki, smartfon Galaxy S24 FE kimi Exynos 2400 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Galaxy S25 FE özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Bundan əlavə olaraq smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar

İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
ABŞ-da İşgüzar Təcrübənin Yaxşılaşdırılması Bürosuna (Better Business Bureau) daxil olan Milli Reklam Şöbəsi (National Advertising Division, NAD) Apple, Google, Microsoft və Samsung şirkətlərinin süni intellektlə bağlı məhsulları reklam edən bir çox marketinq materiallarını araşdırıb və tənqid edib.
Samsung Galaxy S25 FE gözləniləndən daha tez təqdim olunacaq

Samsung Galaxy S25 FE gözləniləndən daha tez təqdim olunacaq
Yeni məlumata görə, Samsung şirkəti Galaxy S25 FE smartfonunu satışa çıxarmağa hazırlaşır və onu adi qrafikdən daha tez təqdim etməyi planlaşdırır.
Apple səhvən Samsung Galaxy Z Flip 7-ni reklam edib

Apple səhvən Samsung Galaxy Z Flip 7-ni reklam edib
Çin platforması olan Weibo-da Apple-ın rəsmi dəstək hesabı gözlənilmədən qatlana bilən Samsung Galaxy Z Flip 7 smartfonunun reklam videosunu paylaşıb.
Təqdimata hazırlaşan Samsung Galaxy A17-nin render fotosu ortaya çıxıb

Təqdimata hazırlaşan Samsung Galaxy A17-nin render fotosu ortaya çıxıb
Samsung şirkəti Galaxy A17 adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə internetdə bu smartfonun render fotosu ortaya çıxıb.
Samsung gələn il Galaxy S26 və S26+ modellərini S26 Pro və S26 Edge ilə əvəz edə bilər

Samsung gələn il Galaxy S26 və S26+ modellərini S26 Pro və S26 Edge ilə əvəz edə bilər
Samsung-un gələcək flaqman seriyasının modellərinin adlarında ciddi dəyişikliklər baş verə bilər. Yeni məlumatlara əsasən, şirkət Galaxy S26 və Galaxy S26+ modellərindən imtina edərək, onların əvəzinə Galaxy S26 Pro və Galaxy S26 Edge modellərini təqdim edə bilər.
Həftənin xəbərləri

