
Orta büdcəli Vivo T4 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
26.08.2025
Emil Nəcəfov
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo T4 Pro-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Bununla yanaşı ekran Diamond Shield Glass adlı qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7 Gen 4 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo T4 Pro özündə 50 MP + 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4 Pro yaxın günlərdə Hindistanda satışa çıxacaq və onun qiyməti 319$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Vivo Vision qarışıq reallıq cihazı təqdim edilib

Vivo Vision qarışıq reallıq cihazı təqdim edilib
Vivo özünün Vision adlı ilk qarışıq reallıq (MR) cihazını təqdim edib. Cihazın çəkisi cəmi 398 qramdır və olduqca yüngüldür. Müqayisə üçün, Apple Vision Pro-nun çəkisi 600 qramdan çoxdur.
Orta büdcəli Vivo G3 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo G3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo G3 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Hələ təqdim olunmamış Vivo X300 smartfonu Geekbench testlərindən keçib

Hələ təqdim olunmamış Vivo X300 smartfonu Geekbench testlərindən keçib
Vivo yaxın aylar ərzində Vivo X300 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi Vivo X300 olacaq.
Orta büdcəli Vivo V60 smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo V60 smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V60-dan gedir. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli Vivo Y400 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo Y400 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo Y400 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

