main-post-cover

    Orta büdcəli Vivo Y31 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.09.2025
    Emil Nəcəfov
         Vivo şirkəti orta büdcəli Vivo Y31 5G smartfonunu təqdim edib. Bu yeni smartfon orta ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y31 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1608x720 piksel keyfiyyətli 6.68 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y31 5G özündə 50 MP + 0.08 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y31 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 169$-dan start götürür. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Vivo Y500 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y500-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo T4 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-vivo-t4-pro-smartfonu-teqdim-olunub-qiymeti
    Vivo Vision qarışıq reallıq cihazı təqdim edilib
    vivo-vision-qarisiq-realliq-cihazi-teqdim-edilib
    Orta büdcəli Vivo G3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-g3-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Hələ təqdim olunmamış Vivo X300 smartfonu Geekbench testlərindən keçib
    hele-teqdim-olunmamis-vivo-x300-smartfonu-geekbench-testlerinden-kecib