main-post-cover

    Orta büdcəli Vivo Y39 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.02.2025
    Emil Nəcəfov
         Vivo şirkəti Vivo Y39 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y39 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1608x720 piksel keyfiyyətli 6.68 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo bildirib ki, Vivo Y39 5G-nin batareyası 5 il müddətində effektiv şəkildə çalışma imkanına sahibdir. Vivo Y39 5G artıq yaxın zamanda satışa çıxacaq və onun qiyməti 241$ təşkil edəcək.
    Mənbə: Gizmochina
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Vivo V50 smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-vivo-v50-smartfonu-teqdim-olunub-qiymeti
    Vivo V50-nin təqdimatı rəsmi şəkildə anons edilib
    vivo-v50-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib
    vivo-v50-nin-resmi-render-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib
    teqdimata-hazirlasan-vivo-v50-nin-ilk-resmi-tizer-fotosu-teqdim-edilib
    Vivo V50-nin yeni render fotosu və bəzi texniki imkanları təqdim edilib
    vivo-v50-nin-yeni-render-fotosu-ve-bezi-texniki-imkanlari-teqdim-edilib