main-post-cover

    POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində POCO M6 Plus 5G barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench sayəsində məlum olub ki, POCO-nun bu yeni smartfonu Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench vasitəsilə məlum olub ki, POCO M6 Plus 5G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 967 xal, çox nüvəli testi çərçivəsində isə 2281 xal toplayıb. POCO M6 Plus 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
    redmi-k70-ultra-nin-arxa-panel-dizayni-sergilenib
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-in-real-fotolari-ortaya-cixib
    Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5a-adli-yeni-budceli-naqilsiz-qulaqliq-teqdim-edilib-qiymeti
    Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
    teqdimata-aylar-qalmis-xiaomi-15-ve-xiaomi-15-pro-nun-tenxiki-imkanlari-ortaya-cixib
    Bu ay təqdim olunacaq Xiaomi MIX Flip smartfonunun batareya həcmi açıqlanıb
    bu-ay-teqdim-olunacaq-xiaomi-mix-flip-smartfonunun-batareya-hecmi-aciqlanib