main-post-cover

    Professionallar üçün nəzərdə tutulmuş ASUS ProArt PA32KCX monitoru təqdim edilib

    Cihazlar+
    20.10.2025
    Emil Nəcəfov
         ASUS şirkəti videomontaj, qrafik və 3D dizayn sahəsində fəaliyyət göstərən professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS ProArt PA32KCX adlanır. Beləliklə bu yeni monitor 7680x4320 piksel keyfiyyətli 32 düym ölçülü Mini-LED ekranla təchiz olunub. Ekranın stabil parlaqlıq səviyyəsi 1000 nit, maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, Adobe RGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor özündə Thunderbolt 4, DisplayPort 2.1, HDMI 2.1, girişlərini və USB hub-ı birləşdirir. ASUS ProArt PA32KCX yaxın 1 ay ərzində satışa çıxmalıdır. Şirkət onun hansı qiymətə satılacağı barəsində məlumat verməyib. Lakin onun texniki imkanlarını nəzərə alsaq, güman etmək olar ki, monitorun qiyməti premium seqmentində satılan monitorların qiymətlərinə uyğun olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS TUF Gaming VG34WQML5A monitoru təqdim edilib - QİYMƏTİ
    asus-tuf-gaming-vg34wqml5a-monitoru-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27AQML5A monitoru təqdim edilib - QİYMƏTİ
    asus-tuf-gaming-vg27aqml5a-monitoru-teqdim-edilib-qiymeti
    Dünyanın ən sürətli gaming monitoru: ASUS ROG Swift OLED PG27AQWP-W təqdim olunub
    dunyanin-en-suretli-gaming-monitoru-asus-rog-swift-oled-pg27aqwp-w-teqdim-olunub
    ASUS ROG Zephyrus X gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-zephyrus-x-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS VG249QM5A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-vg249qm5a-gaming-monitoru-teqdim-edilib-qiymeti