main-post-cover

    Qatlana bilən iPhone-nun qiyməti iPhone 16 Pro Max-dan iki dəfə baha ola bilər

    Cihazlar+
    18.03.2025
    Emil Nəcəfov
         Birinci qatlana bilən iPhone-un ABŞ-da başlanğıc qiyməti təxminən 2300$ ola bilər. Barclays bankının analitiki Tim Long investorlara ünvanladığı qeyddə belə bir proqnoz verib. Bu, Apple tarixində ən bahalı iPhone olacaq. Əgər qatlana bilən iPhone-un pərakəndə satış qiyməti həqiqətən 2300$ olsa, o, 1199$-dan başlayan iPhone 16 Pro Max-dan demək olar ki, iki dəfə bahalı, Samsung-un Galaxy Z Fold 6 modelindən isə xeyli baha (bu modelin tövsiyə edilən qiyməti 1900$ başlayır) olacaq. Tim Long bu qiyməti Asiyaya son səfərindən sonra açıqlayıb. Onun əməkdaşları burada komponent istehsalçıları ilə görüşüblər.
         Təchizat zəncirində Apple-ın ilk qatlana bilən iPhone-un buraxılışını 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə planlaşdırdığı barədə məlumatlar getdikcə daha çox yayılır. Yüksək qiymət səbəbindən satış həcmlərinin nisbətən aşağı ola biləcəyi də ehtimal edilir. Barclays-ın məlumatı tanınmış analitik Min-Chi Kuo-nun proqnozları ilə üst-üstə düşür. Onun qiymətləndirməsinə görə, ilk qatlana bilən iPhone-un qiyməti 2000-2500$ arasında ola bilər.
         Asiyalı ekspert baha olmasına baxmayaraq, cihazın yüksək tələbat görəcəyini proqnozlaşdırır - əgər onun keyfiyyəti gözləntiləri doğruldarsa. Əsas texnoloji sıçrayış kimi ekranda nəzərəçarpan qatlanma izinin tamamilə aradan qaldırılması qeyd olunur. Min-Chi Kuo-nun proqnozlarına əsasən, qatlana bilən ilk iPhone 7.8 düym ölçülü daxili və 5.5 düym ölçülü xarici ekrana sahib olacaq. Cihazda iki arxa və bir ön kamera, həmçinin Face ID əvəzinə Touch ID sensorlu güc düyməsi yer alacaq. Batareya isə daha yüksək enerji sıxlığına malik olacaq. Qatlana bilən iPhone-un ölçüləri:
    - Açıq halda - 4.5 mm qalınlıq
    - Qapalı halda - 9-9.5 mm qalınlıq
         Cihazın gövdesinin titan, şarnir konstruksiyasının isə titan və paslanmaz poladdan hazırlanacağı gözlənilir. Apple bu smartfonun kütləvi istehsalına 2026-cı ilin dördüncü rübündə başlaya bilər.
    Mənbə: Macrumors
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple nazik gövdəli iPhone 17 Air-i bütün girişlərdən məhrum etməyi planlaşdırırdı
    apple-nazik-govdeli-iphone-17-air-i-butun-girislerden-mehrum-etmeyi-planlasdirirdi
    Yeni məlumat sızıntısı yenilənmiş Siri ilə bağlı vəziyyətin necə acınacaqlı olduğunu göstərib
    yeni-melumat-sizintisi-yenilenmis-siri-ile-bagli-veziyyetin-nece-acinacaqli-oldugunu-gosterib
    iPhone 16e alıcılar arasında iPhone SE 2022-dən daha məşhurdur
    iphone-16e-alicilar-arasinda-iphone-se-2022-den-daha-meshurdur
    AirPods-lar nitqin sinxron tərcüməsi imkanını əldə edəcəklər
    airpods-lar-nitqin-sinxron-tercumesi-imkanini-e
    Apple servislərində backdoor-un yerləşdirilməsi mövzusunda Böyük Britaniya və ABŞ rəsmiləri danışıqlar aparıblar
    apple-servislerinde-backdoor-un-yerlesdirilmesi-movzusunda-boyuk-britaniya-ve-abs-resmileri-danisiqlar-apariblar