main-post-cover

    Qlobal bazarda Huawei Band 10 smart qolbağı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2025
    Emil Nəcəfov
         Huawei şirkəti qlobal bazarda yeni smart qolbağını təqdim edib. Söhbət, Huawei Band 10-dan gedir. Bu, keçən ilki Huawei Band 9-un davamçısıdır. Şirkətin bu yeni smart qolbağı düzbucaq formasında gövdəni əldə edib və gövdənin özü alüminium materialdan hazırlanıb. Qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Huawei Band 10-nun çəkisi 15 qramm, gövdə qalınlığı isə 8.99 mm təşkil edir. Smart qolbaq 368x194 piksel keyfiyyətli 1.47 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekran üstəlik Always-On-Display funksiyasını dəstəkləyir.
         Qolbaq 24 saat ərzində ürək döyüntüləri tezliyini, qandakı oksigen miqdarını, stress səviyyəsini, yuxu zamanı tənəffüs tezliyini ölçə və yuxu keyfiyyətini monitorinq edə bilir. Smart qolbaq 100 idman rejimini dəstəkləyir. Huawei Band 10 bir dəfə şarj olunduqdan sonra adi rejim çərçivəsində 14 gün ərzində, aktiv istifadə rejimi çərçivəsində isə 8 gün ərzində çalışa bilir. Bununla yanaşı smart qolbaq sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. 5 dəqiqəlik şarj prosesi nəticəsində o, 2 gün ərzində çalışa bilir. 100% enerjini isə cihaz 45 dəqiqə ərzində yığır. Huawei Band 10 gələn ay satışa çıxacaq. Onun satış qiyməti daha sonra açıqlanacaq.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-pro-132-2025-planseti-teqdim-edilib-qiymeti
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun qlobal versiyasının təqdimatı anons edilib
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-smartfonunun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Huawei avtomobillər üçün AR proyeksiya ekranı texnologiyasını təqdim edib
    huawei-avtomobiller-ucun-ar-proyeksiya-ekrani-texnologiyasini-teqdim-edib