main-post-cover

    Red Magic 10 Air smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi olaraq açıqlanıb

    Cihazlar+
    10.04.2025
    Emil Nəcəfov
         Bir neçə saat əvvəl biz xəbər verdik ki, Red Magic brendi təqdimata hazırladığı nazik gövdəli Red Magic 10 Air gaming smartfonunun xarici görünüşünü sərgiləyib. İndi isə sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə məlum olub. Red Magic tərəfindən təqdim edilmiş posterə əsasən Red Magic 10 Air smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, sözügedən prosessor sayəsində smartfon AnTuTu bençmarkında ümumilikdə 2.4 milyon xal toplayıb. Bununla yanaşı smartfonda LPDDR5X standartlı RAM yaddaşının və UFS 4.0 standartlı daxili yaddaş həcminin istifadə ediləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Red Magic 10 Air-in təqdimatı 16 aprel tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib
    teqdimatdan-once-red-magic-10-air-in-xarici-gorunusu-sergilenib
    Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib
    red-magic-nazik-govdeli-yeni-gaming-smartfonunun-teqdimatini-anons-edib
    Red Magic Gaming Tablet Pro gaming planşetinin qlobal versiyası anons edilib
    red-magic-gaming-tablet-pro-gaming-plansetinin-qlobal-versiyasi-anons-edilib
    Red Magic Tablet 3D Discovery Edition planşeti təqdim edilib - QİYMƏTİ
    red-magic-tablet-3d-discovery-edition-planseti-teqdim-edilib-qiymeti
    Red Magic Gaming Tablet Pro planşeti təqdim edilib - QİYMƏTİ
    red-magic-gaming-tablet-pro-planseti-teqdim-edilib-qiymeti