main-post-cover

    Redmi 13-ün render fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    22.05.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi 13 smartfonu üzərində çalışır. İndi isə 91mobiles saytı sözügedən yeni smartfonun render fotolarını təqdim edib və texniki imkanlarını açıqlayıb. Smartfonun əsas texniki imkanları elə onun təqdim edilmiş fotolardakı ekranında əks olunublar. Beləliklə məlumata əsasən Redmi 13 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.79 düym IPS ekranla təchiz olunacaq. Smartfon özündə 108 MP-lik əsas arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirəcək.
         İnsayderlər üstəlik qeyd ediblər ki, Redmi 13 smartfonu 6/8 GB RAM-ı, 128/256 GB (1 TB-a kimi microSD dəstəyi) daxili yaddaş həcmini, 13 MP-lik ön kameranı və 5030 mAh enerji tutumlu batareyanı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfon qutudan Android 14 əsaslı HyperOS vasitəsilə çalışacaq. Bəzi məlumatlara əsasən Redmi 13-ün 6 GB RAM və 128 GB daxili yaddaş həcminə sahib versiyası 200 avroya, 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası isə 230 avroya satılacaq. Smartfonun yaxın müddət ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
    xiaomi-hindistanda-yeni-telefon-markasini-teqdim-etmek-ucun-apple-in-crush-reklamini-teqlid-edib
    Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
    redmi-pad-pro-planseti-qlobal-bazarda-satisa-cixib
    POCO-nun ilk planşetinin təqdimatı anons edilib
    poco-nun-ilk-plansetinin-teqdimati-anons-edilib
    Büdcəli Redmi G24 IPS gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-g24-ips-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Təqdimata sayılı günlər qalmış POCO F6 Pro-nun qutu açılışı videosu ortaya çıxıb
    teqdimata-sayili-gunler-qalmis-poco-f6-pro-nun-qutu-acilisi-videosu-ortaya-cixib