Redmi K70 smartfon seriyasının Snapdragon 8 Gen 3-ü əldə edəcəyi təsdiqlənib
Cihazlar+
25.10.2023
Emil Nəcəfov
Snapdragon 8 Gen 3-ün təqdimatından sonra müxtəlif Android smartfon istehsalçıları sözügedən yeni prosessoru əldə edəcək smartfonlarını anons ediblər. Onların arasında Xiaomi, iQOO, OnePlus, OPPO, realme və vivo kimi brendlər var. İndi isə məlum olub ki, Snapdragon 8 Gen 3-ə sahib olacaq smartfonunu həmçinin Redmi brendi də hazırlayır. Redmi-nin Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında təqdim etmiş olduğu rəsmi posterə əsasən söhbət, Redmi K70 smartfon seriyasından gedir. Redmi K70 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib. Lakin təqdimatın bu ilin sonuna kimi baş tutacağı gözlənilir. Bundan əlavə olaraq bu seriyaya daxil olacaq bütün modellərin və ya yalnız Redmi K70 Pro-nun Snapdragon 8 Gen 3-ü əldə edəcəyi də aydın deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 14-dən sonra Snapdragon 8 Gen 3-ü hansı smartfonlar əldə edəcəklər?
Xiaomi 14-dən sonra Snapdragon 8 Gen 3-ü hansı smartfonlar əldə edəcəklər?
Qualcomm artıq öz yeni flaqman prosessoru Snapdragon 8 Gen 3-ü təqdim edib və onu ilk əldə edəcək smartfonlar Xiaomi 14 və Xiaomi 14 Pro olacaqlar.
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Snapdragon 8 Gen 3 adlı yeni flaqman prosessorunu təqdim edib.
Redmi Note 13-ün qlobal versiyası köhnə prosessor ilə təchiz oluna bilər
Redmi Note 13-ün qlobal versiyası köhnə prosessor ilə təchiz oluna bilər
Xiaomi-nin Redmi brendi sentyabr ayında Çində Redmi Note 13 smartfon seriyasını təqdim etdi.
Snapdragon 8 Gen 3 geniş süni zəka imkanlarına sahib olacaq
Snapdragon 8 Gen 3 geniş süni zəka imkanlarına sahib olacaq
Qualcomm-un yaxın günlərdə təqdim edəcəyi Snapdragon 8 Gen 3 prosessoru süni zəka ilə geniş çalışma imkanlarına sahib olacaq.
Redmi Note 13 Pro+ smartfonu qlobal bazarda təqdimata hazırlaşır
Redmi Note 13 Pro+ smartfonu qlobal bazarda təqdimata hazırlaşır
Dünən məlum oldu ki, Redmi Note 13 smartfonu ABŞ Federal Şəbəkə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!