Redmi K70 Ultra tamamilə yeni növ ekranı əldə edəcək
Cihazlar+
08.07.2024
Emil Nəcəfov
Xiaomi və TCL şirkətləri birgə şəkildə mobil cihazlar üçün nəzərdə tutulmuş yeni ekranı anons ediblər. Anons edilmiş ekran ilk növbədə Redmi K70 Ultra smartfonuna quraşdırılacaq. Söhbət, C8+ adlı ekrandan gedir. Verilmiş məlumata əsasən bu yeni ekran daha uzun xidmət müddətinə və yaxşılaşdırılmış işıq effektinə sahibdir. Ekran 1.5K keyfiyyətindədir və 144 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyir.
Bununla yanaşı ona barmaq izi skanı texnologiyasını da inteqrasiya etmək mümkündür. Ekranın çalışmasından isə PixelWorks X7 adlı çip cavabdehdir. Qeyd etmək lazımdır ki, Redmi K70 Ultra smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışmalı və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Bir neçə müddət bundan öncə isə Redmi brendi rəsmi şəkildə açıqladı ki, sözügedən smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Redmi K70 Ultra-nın yaxın zamanda təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Redmi K70 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim edəcək.
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu qlobal bazarda da satılacaq
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu qlobal bazarda da satılacaq
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti növbəti qatlana bilən smartfonu olacaq Mix Fold 4 üzərində çalışır və onu təqdim etməyə hazırlaşır.
Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb
Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb
Xiaomi-nin bu ilin sonunadək təqdim edəcəyi Xiaomi 15 smartfon seriyasına daxil olacaq Xiaomi 15 Pro modeli barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər.
Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
Xiaomi şirkəti yaxın zamanda Mix Fold 4 adlı yeni qatlana bilən smartfonunu təqdim etməlidir.
Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro olacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ