main-post-cover

    Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
        Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro olacaq. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, sözügedən model xarici görünüşcə əvvəlki Redmi Note smartfonlarından fərqlənəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi Note 14 Pro-nun arxa panel dizaynını sərgiləyən fotonu təqdim edib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, yeni smartfonda əsas dizayn dəyişikliyi arxa kamera sahəsini əhatə edəcək.
         Belə ki, Redmi Note 14 Pro-da arxa kamera sahəsi bir qədər dairəvi və bir qədər kvadrat formalı olacaq və o, arxa panelin yuxarı mərkəz hissəsində yerləşəcək. Bu cür dizayn daha öncəki Redmi Note smartfonlarının dizaynlarından olduqca fərqlənir və Redmi Note seriyasına yeni nəfəs gətirir. Son məlumat sızıntılarına əsasən Redmi Note 14 Pro smartfonu 1.5K keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
    xiaomi-14t-pro-smartfonu-camera-fv-5-resursunda-ortaya-cixib
    Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
    xiaomi-nin-elektrikli-krossoverinin-nece-gorune-bileceyi-sergilenib
    Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
    redmi-k70-ultra-smartfonu-baresinde-ilk-resmi-melumat-teqdim-edilib
    Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
    meshur-insayder-redmi-note-14-pro-baresinde-teferruatlari-teqdim-edib
    Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
    xiaomi-nin-novbeti-elektromobili-avtomobil-yollarinda-gorulub