Redmi K70 Ultra-ya aid olduğu güman edilən texniki göstəricilər açıqlanıb
Cihazlar+
29.12.2023
Emil Nəcəfov
Digital Chat Station ləqəbli məşhur insayder adı çəkilməmiş yeni smartfonun bəzi texniki imkanlarını açıqlayıb. İnsayderin sözlərinə əsasən hazırlanan yeni smartfon BOE şirkətinin istehsalı olan 1.5K və ya 2K keyfiyyətli yastı OLED ekranını əldə edəcək. Bununla yanaşı smartfon MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq. İnsayder bildirib ki, sözügedən smartfonun əsas üstünlüyü ondan ibarət olacaq ki, o, aşağı satış qiymətinə sahib olacaq. Qeyd etmək lazımdır ki, bu il bunlara bənzər özəllikləri Redmi K60 Ultra smartfonu təqdim etmişdi. Buna görə də heç istisna deyil ki, insayder onun davamçısı olacaq Redmi K70 Ultra smartfonu barəsində məlumatlar verib. Bunun olacağı halda smartfon, Redmi K60 Ultra kimi qlobal bazarda Xiaomi 14T adı altında satışa çıxa bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 13T və 13T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıblar
Xiaomi 13T və 13T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıblar
Az əvvəl məlum oldu ki, Xiaomi şirkəti Xiaomi 13 Pro-nun qlobal versiyası üçün HyperOS-i istifadəyə verib.
Xiaomi 13 Pro-nun qlobal versiyası HyperOS-i əldə etməyə başlayıb
Xiaomi 13 Pro-nun qlobal versiyası HyperOS-i əldə etməyə başlayıb
Xiaomi şirkəti qlobal bazarda satılan smartfonlarını tədricən HyperOS-ə keçirtməyə davam edir.
HyperOS-in loqosu və onu əldə edəcək əlavə cihazların siyahısı təqdim edilib
HyperOS-in loqosu və onu əldə edəcək əlavə cihazların siyahısı təqdim edilib
Xiaomi şirkətinin CEO-su Lei Jun HyperOS-in rəsmi loqosunu və onu əldə edəcək əlavə cihazların siyahısını təqdim edib.
Xiaomi SU7-nin avtopilot sistemi sərgilənib (VİDEO)
Xiaomi SU7-nin avtopilot sistemi sərgilənib (VİDEO)
Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-nin təqdimatı ilə birlikdə onun avtopilot sistemini də sərgiləyib.
Xiaomi SU7 adlı ilk elektromobilini təqdim edib
Xiaomi SU7 adlı ilk elektromobilini təqdim edib
Çində keçirilmiş xüsusi tədbir çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun şirkətin SU7 adlı ilk elektromobilini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!