
REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.10.2025
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G34WQ 2026 adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib WQHD keyfiyyətli 34 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 2 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4 və HDMI 2.0 girişlərini əldə edib. REDMI Monitor G34WQ 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 196$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 17 Ultra-nın kamera göstəriciləri ortaya çıxıb

Xiaomi 17 Ultra-nın kamera göstəriciləri ortaya çıxıb
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Lakin gələn il dördüncü model olacaq Xiaomi 17 Ultra-nın təqdim olunacağı gözlənilir.
Xiaomi 17 Pro və 17 Pro Max qlobal bazarda satışa çıxmaya bilər

Xiaomi 17 Pro və 17 Pro Max qlobal bazarda satışa çıxmaya bilər
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max.
REDMI K90 smartfonu Geekbench testlərindən keçib

REDMI K90 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi REDMI K90 olacaq.
Xiaomi smartfonları üçün növbəti XRing prosessoru üzərində çalışır

Xiaomi smartfonları üçün növbəti XRing prosessoru üzərində çalışır
Xiaomi bir müddət əvvəl təqdim etmiş olduğu XRing O1 mobil prosessoru ilə yetinmək niyyətində deyil və artıq onun ikinci versiyasını buraxmağı planlaşdırır.
Xiaomi Pad 8 və Pad 8 Pro planşetləri təqdim edilib - QİYMƏTİ

Xiaomi Pad 8 və Pad 8 Pro planşetləri təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti yeni nəsil flaqman planşet seriyasını təqdim edib. Söhbət, Xiaomi Pad 8 seriyasından gedir. Bu seriyaya iki model daxil olub: Xiaomi Pad 8 və Pad 8 Pro.
Həftənin xəbərləri

