
REDMI K90 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
30.09.2025
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi REDMI K90 olacaq. İndi isə məlum olub ki, REDMI K90 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən REDMI K90-nın prosessoru özündə 2 ədəd 4.32 GHz tezlikli nüvəni və 6 ədəd 3.53 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə Qualcomm-un yeni Snapdragon 8 Elite Gen 5 prosessoruna işarə edirlər. Geekbench testlərindən REDMI K90-nın 16 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3080 xal, çoxnüvəli testi çərçivəsində isə 9382 xal toplayıb.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi smartfonları üçün növbəti XRing prosessoru üzərində çalışır

Xiaomi smartfonları üçün növbəti XRing prosessoru üzərində çalışır
Xiaomi bir müddət əvvəl təqdim etmiş olduğu XRing O1 mobil prosessoru ilə yetinmək niyyətində deyil və artıq onun ikinci versiyasını buraxmağı planlaşdırır.
Xiaomi Pad 8 və Pad 8 Pro planşetləri təqdim edilib - QİYMƏTİ

Xiaomi Pad 8 və Pad 8 Pro planşetləri təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti yeni nəsil flaqman planşet seriyasını təqdim edib. Söhbət, Xiaomi Pad 8 seriyasından gedir. Bu seriyaya iki model daxil olub: Xiaomi Pad 8 və Pad 8 Pro.
Kompakt ölçülü Xiaomi Pad Mini planşeti təqdim edilib - QİYMƏTİ

Kompakt ölçülü Xiaomi Pad Mini planşeti təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti qlobal bazarda Pad Mini adlı kompakt ölçülü flaqman planşetini təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.
Xiaomi 17, 17 Pro və 17 Pro Max təqdim olunub - QİYMƏTİ

Xiaomi 17, 17 Pro və 17 Pro Max təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində Xiaomi 17 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya 3 model daxil olub: Xiaomi 17, 17 Pro və 17 Pro Max. İlk öncə adi Xiaomi 17 modelinə nəzər yetirək. Bu model kompakt ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi HyperOS 3-ün qlobal versiyasını anons edib

Xiaomi HyperOS 3-ün qlobal versiyasını anons edib
Xiaomi şirkəti Android 16 əsasında hazırlanan HyperOS 3 əməliyyat sisteminin stabil versiyasının qlobal miqyasda istifadəyə veriləcəyini təsdiqləyib.
Həftənin xəbərləri

