Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
Nəqliyyat
28.06.2024
Emil Nəcəfov
Son məlumat sızıntılarına əsasən Xiaomi şirkətinin növbəti elektromobili krossover olacaq. Bir neçə gün bundan öncə isə şirkətin elektrikli krossoveri Çinin avtomobil yollarında görüldü. Bir neçə gün bundan öncə ortaya çıxmış fotolarda şirkətin növbəti elektromobilinin gövdəsi xüsusi örtüyə sahib şəkildə əks olunmuş olsa da, onun ümumi gövdə formasını qiymətləndirmək olardı. İndi isə dizaynerlər həmin fotolar əsasında Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyini göstəriblər.
Dizaynerlər tərəfindən hazırlanmış render fotolarda smartfon hər tərəfdən əks olunub. Məlumata əsasən Xiaomi-nin elektrikli krossoveri şirkətin artıq satışda olan ilk elektromobili SU7-nin sahib olduğu platforma əsasında qurulacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, krossover nisbətən daha sürətli olacaq. Xiaomi-nin növbəti elektromobili olacaq krossoverin kütləvi istehsalına 2025-ci ilin sonunda start veriləcəyi gözlənilir. Bəzi məlumatlara əsasən Xiaomi üstəlik Kunlun kod adına sahib daha büdcəli elektromobil üzərində də çalışır. Gözləntilərə əsasən şirkətin büdcəli elektromobili 20 000$-a satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim etməlidir.
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim etməlidir.
Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Xiaomi-nin SU7 adlı ilk elektromobilinin satışa çıxmasından cəmi 2 ay keçməsinə baxmayaraq şirkətin növbəti elektromobili barəsində məlumatlar artıq ortaya çıxıblar.
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Xiaomi-nin Redmi brendi bu ayın əvvəlində Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə Redmi brendi Redmi 13 5G-nin təqdimatına hazırlaşır.
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi yaxın zamanda qatlana bilən Xiaomi Mix Fold 4 ilə yanaşı həmçinin ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi Mix Flip-i də təqdim etməlidir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!