main-post-cover

    Samsung Galaxy Book 4 noutbuku Geekbench testlərindən keçib

    Cihazlar+
    04.12.2023
    Emil Nəcəfov
         Bir neçə saat bundan öncə biz məlumat verdik ki, Samsung şirkəti Galaxy Book 4 noutbuk seriyasının təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, bu seriyanın Galaxy Book 4 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində noutbukun hansı prosessor vasitəsilə çalışdığı məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy Book 4 noutbuku 16 nüvəli Intel Core Ultra 9 185H prosessorunu əldə edəcək. Bununla yanaşı noutbuk özündə 32 GB RAM-ı birləşdirəcək. Galaxy Book 4 noutbuku Geekbench-in bir nüvəli testi çərçivəsində 2047 xal, çox nüvəli testi çərçivəsində isə 11 274 xal toplayıb. Galaxy Book 4 noutbuk seriyasının 15 dekabr tarixində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 və S25+ smartfonlarının kameralarında ciddi dəyişiklik ola bilər
    samsung-galaxy-s25-ve-s25-smartfonlarinin-kameralarinda-ciddi-deyisiklik-ola-biler
    Samsung Galaxy Book 4 noutbuklarını təqdim etməyə hazırlaşır
    samsung-galaxy-book-4-noutbuklarini-teqdim-etmeye-hazirlasir
    Samsung Galaxy A55 smartfonunun render fotoları təqdim edilib
    samsung-galaxy-a55-smartfonunun-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
    samsung-galaxy-a35-ve-a55-flaqman-smartfonlarin-ozelliklerinden-birini-elde-ede-bilerler
    Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
    samsung-galaxy-s24-smartfonlarinin-teqdimatlari-cox-yaxindir