Samsung Galaxy S24 Geekbench testlərindən keçib
Cihazlar+
24.10.2023
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə Samsung Galaxy S24+ və Galaxy S24 Ultra smartfonları Geekbench testlərindən keçmişdilər. İndi isə adi Galaxy S24 modelinin Geekbench testlərindən keçdiyi məlum olub. Son məlumat sızıntılarına əsasən Samsung gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S24 smartfon seriyasına Exynos prosessorunu geri qaytaracaq. Söhbət, Exynos 2400-dan gedir. Sözügedən prosessoru Galaxy S24 ilə Galaxy S24+ əldə etməlidir.
Galaxy S24 Ultra isə Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq. Geekbench testləri sayəsində Exynos 2400 prosessorunun Galaxy S24 tərkibində nələrə qadir olduğu məlum olub. İlk öncə söyləmək lazımdır ki, test nəticələri heç də ürəkaçan deyil. Belə ki, Galaxy S24 tərkibində Exynos 2400 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2011 xal, çox nüvəli testi çərçivəsində isə 6086 xal toplayıb. Bu göstəricilər isə Snapdragon 8 Gen 3 ilə MediaTek Dimensity 9300-ün göstəricilərindən daha aşağıdır.
Onu da qeyd etmək lazımdır ki, Exynos 2400 prosessoru 10 nüvəlidir. Geekbench məlumatlarına əsasən prosessor özündə 3.21 GHz tezlikdə çalışan 1 ədəd nüvəni, 2.9 GHz tezlikdə çalışan 2 ədəd nüvəni, 2.59 GHz tezlikdə çalışan 3 ədəd nüvəni və 1.96 GHz tezlikdə çalışan 4 ədəd nüvəni birləşdirir. Beləliklə prosessorun 10 nüvəyə sahib olmasına baxmayaraq bunun ona heç bir köməyi olmur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 smartfonları eyni texnologiya əsasında hazırlanmış ekranları əldə edəcəklər
Samsung Galaxy S24 smartfonları eyni texnologiya əsasında hazırlanmış ekranları əldə edəcəklər
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S24 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!