
Təqdimata hazırlaşan Samsung Galaxy A17-nin render fotosu ortaya çıxıb
Cihazlar+
29.07.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy A17 adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə internetdə bu smartfonun render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda Galaxy A17-nin həm arxa paneli həm də ön paneli əks olunub. Render fotodan da görmək olar ki, smartfon yastı gövdə dizaynını əldə edəcək və onun ekranı üzərində damcı formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə oval formalı kamera sahəsi mövcud olacaq. Kamera sahəsinin daxilində 3 ədəd kamera olacaq. Beləliklə Galaxy A17 modeli arxa panel dizaynı baxımından Galaxy A36 və Galaxy A56 modellərinə bənzəyəcək. Gözləntilərə əsasən Galaxy A17 smartfonu 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Exynos 1330 prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung gələn il Galaxy S26 və S26+ modellərini S26 Pro və S26 Edge ilə əvəz edə bilər

Samsung gələn il Galaxy S26 və S26+ modellərini S26 Pro və S26 Edge ilə əvəz edə bilər
Samsung-un gələcək flaqman seriyasının modellərinin adlarında ciddi dəyişikliklər baş verə bilər. Yeni məlumatlara əsasən, şirkət Galaxy S26 və Galaxy S26+ modellərindən imtina edərək, onların əvəzinə Galaxy S26 Pro və Galaxy S26 Edge modellərini təqdim edə bilər.
Exynos 2600 flaqman prosessoru Geekbench testlərindən keçib

Exynos 2600 flaqman prosessoru Geekbench testlərindən keçib
Samsung şirkəti hal-hazırda Exynos 2600 flaqman prosessoru üzərində çalışır. İndi isə məlum olub ki, hazırlanan bu yeni prosessor Geekbench testlərindən keçib.
Samsung Galaxy A17 5G smartfonu Geekbench testlərindən keçib

Samsung Galaxy A17 5G smartfonu Geekbench testlərindən keçib
Samsung şirkəti orta büdcəli Galaxy A17 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.
Samsung Galaxy Z Fold 8-in gövdəsi daha qalın ola bilər

Samsung Galaxy Z Fold 8-in gövdəsi daha qalın ola bilər
Bu il Samsung gövdə qalınlığı baxımından Çin istehsalı qatlana bilən smartfonlarla layiqincə rəqabət apara bildi. Lakin görünür, gələn il Samsung yenidən geri addım atmalı olacaq.
Orta büdcəli Samsung Galaxy F36 5G təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Samsung Galaxy F36 5G təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni orta büdcəli smartfonu olan Galaxy F36 5G-ni təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

