Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfonlarını təqdim edəcək. Şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, o, 3 ədəd deyil, 4 ədəd smartfon təqdim edəcək. Çox güman ki, dördüncü smartfon Galaxy S25 Slim olacaq. İndi isə məlum olub ki, Galaxy S25 Slim smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfon Snapdragon 8 Elite for Galaxy prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy S25 Slim qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3005 xal, çox nüvəli testi çərçivəsində isə 6945 xal toplayıb.