main-post-cover

    Samsung Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosu təqdim edilib

    Cihazlar+
    29.09.2025
    Emil Nəcəfov
         Samsung gələn ilin əvvəlində Galaxy S26 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S26 Ultra olacaq. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfon gövdəsinin künclərindən biri əks olunub. Foto Galaxy S26 Ultra ilə bağlı iki məlumatı təsdiqləyib. Birincisi şirkət sözügedən smartfonda düz formalı künclərdən imtina edəcək və dairəvi künclərə üstünlük verəcək. İkincisi isə smartfona S Pen stilusu geri qayıdacaq və onu künc hissədən smartfonun daxilinə yerləşdirmək mümkün olacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S26 Ultra smartfonu 6.9 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışacaq və 5000 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Samsung Galaxy Tab A11 planşeti təqdim edilib - QİYMƏTİ
    orta-budceli-samsung-galaxy-tab-a11-planseti-teqdim-edilib-qiymeti
    2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
    2025-ci-ilin-ikinci-rubunde-en-cox-satilmis-smartfonlarin-siyahisi-teqdim-edilib
    Samsung iPhone 17 seriyası səbəbilə Apple şirkətini trollayıb
    samsung-iphone-17-seriyasi-sebebile-apple-sirketini-trollayib
    Samsung Galaxy S26 Pro-nun render fotoları təqdim edilib
    samsung-galaxy-s26-pro-nun-render-fotolari-teqdim-edilib
    Büdcəli Samsung Galaxy F17 5G təqdim olunub - QİYMƏTİ
    budceli-samsung-galaxy-f17-5g-teqdim-olunub-qiymeti