
Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
Cihazlar+
09.07.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy Unpacked tədbiri çərçivəsində yeni qatlana bilən smartfonlarını təqdim edib. Bu dəfə şirkət 2 ədəd deyil, 3 ədəd qatlana bilən smartfon təqdim edib: Galaxy Z Fold 7, Z Flip 7 və büdcəli Z Flip 7 FE. İlk növbədə Galaxy Z Fold 7 modelinə nəzər yetirək. Galaxy Z Fold 7 modeli ümumilikdə Galaxy Fold seriyasında ən nazik və yüngül gfövdəyə sahib model oldu. Galaxy Z Fold 6 ilə müqayisədə Galaxy Z Fold 7 modeli daha böyük ekranları əldə edib. Təbii ki, bununla yanaşı smartfon özündə flaqman texniki imkanları birləşdirir. Samsung bildirib ki, Galaxy Z Fold 7-nin tam açıq vəziyyətdə gövdə qalınlığı 4.2 mm, tam qapalı vəziyyətdə gövdə qalınlığı isə 8.9 mm təşkil edir. Bu isə o deməkdir ki, yeni smartfonun gövdəsi keçən ilki Galaxy Z Fold 6-nın gövdəsindən 25% daha nazikdir.

Galaxy Z Fold 7-nin çəkisi isə 215 qram təşkil edir. Galaxy Z Fold 7 dünyanın ən nazik qatlana bilən smartfonu statusunu əldə edə bilərdi. Lakin 1 həftə bundan əvvəl Honor Magic V5 təqdim olundu və onun tam açıq vəziyyətdə gövdə qalınlığı 4.1 mm təşkil edir. Galaxy Z Fold 7-nin gövdəsi gücləndirilmiş alüminium ərintisindən və Gorilla Glass Victus 2 qoruyucu şüşəsindən təşkil olunub. Üstəlik smartfonun gövdəsi IP48 standartı üzrə sudan və tozdan qorunma imkanına sahibdir. Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2184x1968 piksel keyfiyyətli 8 düym ölçülü daxili Dynamic AMOLED 2X ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6.5 düym ölçülü xarici Dynamic AMOLED 2X ekranla təchiz olunub.

Galaxy Z Fold 6-nın xarici ekranı ilə müqayisədə Galaxy Z Fold 7-nin xarici ekranı daha geniş olub. Xarici ekran üstəlik Gorilla Glass Ceramic 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Bununla yanaşı Samsung bu smartfonda S Pen stilusunun dəstəyindən imtina edib. Smartfon Snapdragon 8 Elite for Galaxy prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy Z Fold 7 özündə 200 MP + 12 MP + 10 MP üçlü arxa kameranı və hər iki ekrana inteqrasiya edilmiş 10 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir.

İndi isə keçək Galaxy Z Flip 7 modelinə. Bu yeni model keçən ilki Galaxy Z Flip 6-dan daha nazik gövdəsi, daha böyük ölçülü ekranları və tamamilə yeni texniki imkanları ilə seçilir. Galaxy Z Flip 7-nin tam açıq vəziyyətdə gövdə qalınlığı 6.5 mm, tam qapaqlı vəziyyətdə gövdə qalınlığı isə 13.7 mm təşkil edir. Smartfonun çəkisi 188 qramdır. Onun gövdəsi alüminium ərintisindən hazırlanıb, gövdəsinin səthi isə Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə qorunur. Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6.9 düym ölçülü daxili Dynamic AMOLED 2X ekranla və 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 1048x948 piksel keyfiyyətli 4.1 düym ölçülü xarici Super AMOLED ekranla təchiz olunub.

Smartfonun gövdəsi IP48 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 2500 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy Z Flip 7 özündə 50 MP + 12 MP ikili arxa kameranı və 10 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Sonda isə Galaxy Z Flip 7 FE-yə nəzər yetirək. Galaxy Z Flip 7 FE faktiki olaraq keçən ilki Galaxy Z Flip 6-nın kopyasıdır. Belə ki, yeni smartfon həm xarici görünüşcə həm də əksər texniki imkanlar baxımından Galaxy Z Flip 6 ilə oxşardır.

Beləliklə Galaxy Z FLip 7 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü daxili Dynamic AMOLED 2X ekranla və 60 Hz-lik təsvir yenilənməsinə sahib 720x748 piksel keyfiyətli 3.4 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Smartfonun gövdəsi IPX8 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Onun arxa paneli isə Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfon Exynos 2400 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy Z Flip 7 özündə 50 MP + 12 MP ikili arxa kameranı və 10 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər 3 smartfon bu ayın sonuna yaxın satışa çıxacaq. Galaxy Z Fold 7-nin qiyməti 1999$-dan, Galaxy Z Flip 7-nin qiyməti 1099$-dan, Galaxy Z Flip 7 FE-nin qiyməti isə 999$-dan start götürəcək.
Linki kopyala
samsung foldable phone 2025
samsung galaxy z fold 7
samsung galaxy z flip 7
samsung foldable phone
galaxy z fold 7
galaxy z flip 7
samsung galaxy z flip 7 fe
samsung
galaxy z flip 7 fe
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung 3 cihazının rəsmi dəstəyini dayandırıb

Samsung 3 cihazının rəsmi dəstəyini dayandırıb
Samsung şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 3 cihazı daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir.
Samsung Galaxy S25 FE nazik gövdəni əldə edəcək

Samsung Galaxy S25 FE nazik gövdəni əldə edəcək
Samsung şirkəti bu ilin əvvəlində Galaxy S25, S25+, S25 Ultra smartfonlarını, may ayında isə nazik gövdəli Galaxy S25 Edge modelini təqdim etdi. Lakin bu il üçün daha bir Galaxy S25 modelinin təqdimatı gözlənilir. Söhbət, Galaxy S25 FE-dən gedir.
Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun ilk təsvirləri təqdim olunub

Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun ilk təsvirləri təqdim olunub
Samsung qatlana bilən smartfonlar dünyasında növbəti addımı atmağa hazırlaşır. Bu dəfə yeni 3 qat qatlana bilən formatla.
Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
Evan Blass adlı məşhur insayder Samsung-un yeni ağıllı saat modellərinə dair eksklüziv render görüntülərini yayımlayıb. Bu cihazların 9 iyul tarixində keçiriləcək Galaxy Unpacked tədbirində təqdim olunacağı gözlənilir.
Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin təqdimat tədbiri rəsmi şəkildə anons edilib

Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin təqdimat tədbiri rəsmi şəkildə anons edilib
Samsung şirkəti bu il üçün nəzərdə tutulmuş növbəti Galaxy Unpacked tədbirini anons edib.
Həftənin xəbərləri

