
Sony bundan sonra Xperia smartfonlarını özü istehsal etməyəcək
Cihazlar+
02.06.2025
Emil Nəcəfov
Sony artıq Xperia martfonlarını müstəqil şəkildə istehsal etməyəcək. Mövcud məlumatlara görə, şirkət daha əvvəl bu cihazların istehsal olunduğunu göstərdiyi Tayland və Çin zavodlarının saytlarından “smartfonlar” bölməsini silib. Lakin bu, Xperia seriyasının bağlanması və ya brendin ləğvi demək deyil. Marka fəaliyyətini davam etdirəcək. Keçən ay təqdim olunmuş yeni flaqman modeli Xperia 1 VII artıq Sony-nin öz müəssisələrində deyil, üçüncü tərəf istehsalçı tərəfindən hazırlanır. Bu da şirkətin istehsalda tam şəkildə autsorsinq modelinə keçdiyini göstərir.

Əvvəllər Sony yalnız orta büdcəli modelləri autsorsinqə verirdi, lakin indi artıq flaqman cihazlar da xarici podratçılar tərəfindən istehsal olunacaq. Bildirilir ki, bu addım məntiqli görünür və nəzəri baxımdan smartfonların maya dəyərini azaltmağa kömək edə bilər. Lakin hələlik bu qənaət qiymətlərə təsir etməyib. Xüsusilə, Xperia 1 VII hələ də 1399 funt sterlinq dəyərində satılır. Bu da göstərir ki, Sony istehsal strategiyasını dəyişməsinə baxmayaraq, flaqman modellərinin qiymətini endirməyə hazır deyil. Mütəxəssislər qeyd edirlər ki, öz istehsalından imtina Sony-yə xərcləri azaltmağa və cihazların istehsalından çox onların inkişafına fokuslanmağa imkan verəcək.
Lakin smartfon bazarında mövcud olan sərt rəqabət şəraitində bu, satışların artması üçün kifayət etməyə bilər. Hazırda Xperia-nın yeni istehsalçısının kim olduğu bilinmir. Sony bu dəyişiklikləri şərh etməyib, lakin zavod saytlarından smartfonlarla bağlı məlumatların silinməsi, ümumilikdə, şirkətin öz istehsal dövrünü başa vurduğunu göstərə bilər. Sony-nin bu qərarı texnologiya şirkətləri arasında formalaşan ümumi tendensiyanı da əks etdirir: Apple və Google daxil olmaqla bir çox brend artıq uzun müddətdir autsorsinqdən istifadə edir. Lakin həmişə premium imicə önəm verən Sony üçün bu addım Xperia tarixində dönüş nöqtəsi ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sony Xperia 1 VII flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Sony Xperia 1 VII flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Sony şirkəti Xperia smartfon seriyasının yeni flaqman modelini təqdim edib. Söhbət, Sony Xperia 1 VII-dən gedir. Bu yeni smartfon xarici görünüşcə daha öncəki Xperia smartfonlarından heç də fərqlənmir.
Sony Xperia 1 VII smartfonunun təqdimatı anons edilib

Sony Xperia 1 VII smartfonunun təqdimatı anons edilib
Sony şirkəti öz yeni smartfonunun təqdimatını rəsmi şəkildə elan edib.
Təqdim olunmamış Sony Xperia 1 VII flaqman smartfonu Geekbench testlərindən keçib

Təqdim olunmamış Sony Xperia 1 VII flaqman smartfonu Geekbench testlərindən keçib
Keçən ayın əvvəlində Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilmişdi. İndi isə məlum olub ki, hələ təqdim olunmamış bu smartfon Geekbench testlərindən keçib.
Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilib

Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilib
Sony yaxın aylar ərzində Xperia 1 VII adlı yeni flaqman smartfonunu təqdim etməlidir. OnLeaks ləqəbli məşhur insayder isə öz növbəsində bu flaqman smartfonun ilk render fotolarını təqdim edib.
PlayStation 6-nın daxili arxitekturası barəsində məlumatlar verilib

PlayStation 6-nın daxili arxitekturası barəsində məlumatlar verilib
Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Sony 2022-ci ildə AMD şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi bağlayıb.
Həftənin xəbərləri

