main-post-cover

    Təqdimata hazırlaşan OPPO Reno 14 modellərindən birinin render fotoları təqdim edilib

    Cihazlar+
    28.04.2025
    Emil Nəcəfov
         OPPO şirkəti bu il ərzində OPPO Reno 14 smartfon seriyasını təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq modellərdən birinin render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolarda smartfonun kamera sahəsi və kənar hissəsi əks olunub. Beləliklə görmək olar ki, smartfonun arxa panelinin yuxarı sol hissəsində kvadrat formalı kamera sahəsi yerləşəcək.
         Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Bunun adi OPPO Reno 14 olub-olmadığı bilinmir. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, adi OPPO Reno 14 modeli 1.5K keyfiyyətli 6.59 düym ölçülü LTPS ekranla təchiz olunacaq, MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    7000 mAh-lıq batareyaya sahib büdcəli OPPO K12s smartfonu təqdim olunub - QİYMƏTİ
    7000-mah-liq-batareyaya-sahib-budceli-oppo-k12s-smartfonu-teqdim-olunub-qiymeti
    7000 mAh batareyaya sahib orta büdcəli OPPO K13 5G təqdim olunub - QİYMƏTİ
    7000-mah-batareyaya-sahib-orta-budceli-oppo-k13-5g-teqdim-olunub-qiymeti
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir
    OPPO Pad 4 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
    oppo-pad-4-pro-flaqman-planseti-teqdim-edilib-qiymeti
    OPPO Find X8 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    oppo-find-x8-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti