main-post-cover

    Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb

    Cihazlar+
    21.06.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi bu ayın əvvəlində Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə Redmi brendi Redmi 13 5G-nin təqdimatına hazırlaşır. Redmi 13 5G-nin təqdimatı 9 iyul tarixində baş tutmalıdır. Təqdimata bir neçə həftə qalmasına baxmayaraq Amazon-un Hindistan üzrə şöbəsi sözügedən yeni smartfonun xarici görünüşünü və texniki imkanlarını sızdırıb. Beləliklə Amazon tərəfindən sızdırılmış posterə əsasən Redmi 13 5G smartfonu xarici görünüşcə Redmi 13 4G-yə bənzəyəcək. Texniki imkanlar baxımından Redmi 13 5G Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Üstəlik smartfon 108 MP-lik əsas arxa kameranı və HyperOS interfeysini əldə edəcək. Redmi 13 5G-nin hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
    xiaomi-mix-flip-in-yeni-sxematik-fotosu-teqdim-edilib
    Xiaomi Mix Fold 4-ün vacib özəlliklərindən biri məlum olub
    xiaomi-mix-fold-4-un-vacib-ozelliklerinden-biri-melum-olub
    Redmi K70 seriyasının növbəti flaqman modelinin texniki imkanları ortaya çıxıblar
    redmi-k70-seriyasinin-novbeti-flaqman-modelinin-texniki-imkanlari-ortaya-cixiblar
    Təqdimata orta büdcəli Redmi Pad SE 8.7 4G planşeti hazırlaşır
    teqdimata-orta-budceli-redmi-pad-se-87-4g-planseti-hazirlasir
    Məşhur insayder Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıb
    meshur-insayder-xiaomi-15-in-esas-texniki-imkanlarini-aciqlayib