main-post-cover

    Təqdimatdan 1 gün qabaq Honor GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    22.04.2025
    Emil Nəcəfov
         Honor şirkəti artıq sabah Honor GT Pro adlı yeni flaqman smartfonunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, Honor GT modeli keçən ilin dekabr ayında təqdim olunmuşdu. Yeni smartfonun təqdimatına 1 gün qalmış şirkət onun hansı prosessor vasitəsilə çalışacağını və hansı həcmdə batareyanı əldə edəcəyini açıqlayıb. Beləliklə təqdim edilmiş posterlərdən birinə əsasən Honor GT Pro smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Smartfonun batareyasına gəldikdə isə ikinci posterdə qeyd edilib ki, o özündə 7200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bunun sayəsində smartfon 10 saata qədər mobil oyun təcrübəsini təklif edə biləcək. Bundan əlavə olaraq qeyd edilib ki, Honor GT Pro-nun ekranı 144 Hz-lik təsvir yenilənməsi dəstəyinə sahib olacaq.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 400 və 400 Pro-nun fotoları ilə texniki imkanları təqdim edilib
    honor-400-ve-400-pro-nun-fotolari-ile-texniki-imkanlari-teqdim-edilib
    Honor Tablet GT planşetinin təqdimatı anons edilib
    honor-tablet-gt-plansetinin-teqdimati-anons-edilib
    Honor GT Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib
    honor-gt-pro-nun-teqdimati-resmi-sekilde-anons-edilib
    8000 mAh-lıq batareyaya sahib Honor Power smartfonu təqdim edilib - QİYMƏTİ
    8000-mah-liq-batareyaya-sahib-honor-power-smartfonu-teqdim-edilib-qiymeti
    Qlobal bazarda orta büdcəli Honor 400 Lite smartfonu təqdim olunub
    qlobal-bazarda-orta-budceli-honor-400-lite-smartfonu-teqdim-olunub