
Üçqat qatlana bilən Huawei Mate XTs smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
04.09.2025
Emil Nəcəfov
Huawei şirkəti dünyada hələ ki, yeganə üçqat qatlana bilən smartfon istehsalçısı olaraq qalır. Şirkət keçən il Huawei Mate XT smartfonunu təqdim etmişdi. İndi isə onun davamçısı olan Huawei Mate XTs təqdim olunub. Keçən ilki Mate XT kimi Mate XTs modeli də üçqat qatlanma mexanizmini əldə edib. Bu mexanizm cihazı kompakt ölçülü smartfondan böyük ekranlı planşetə çevirmək imkanını verir. Bu yeni smartfonun ekranının ölçüsü tam qapalı halda 6.4 düym, yarıqapalı halda 7.9 düym, tam açıq vəziyyətdə isə 10.2 düym təşkil edir. Ekran LTPO OLED tiplidir və 1 Hz-dən 90 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyir.

Mate XTs-in gövdə qalınlığı tam qapalı halda 12.8 mm, yarıqapalı halda 7.45 mm, tam açıq vəziyyətdə isə 4.75 mm təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik ekran stilus dəstəyinə də sahibdir. Stilus dəstəyi bu yeni modeli keçən ilki Mate XT-dən fərqləndirən özəlliklərdən biridir. Ümumilikdə isə smartfonun xarici görünüşü Mate XT ilə müqayisədə heç dəyişməyib.

Huawei Mate XTs smartfonu Kirin 9020 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 40 MP + 12 MP üçlü arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Huawei Mate XTs gələn həftə Çində satışa çıxacaq və onun qiyməti 2520$-dan start götürəcək. Böyük ehtimal ilə smartfon müəyyən müddətdən sonra üstəlik qlobal bazarda da satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei ABŞ sanksiyaları üzərində qələbəsini elan edib

Huawei ABŞ sanksiyaları üzərində qələbəsini elan edib
Huawei Technologies-in ilin ilk yarısında mənfəət əldə etməsi şirkət rəhbərliyini o qədər ruhlandırdı ki, onlar ABŞ-ın ixrac məhdudiyyətlərinin nəticələrinə qarşı demək olar ki, tam qələbə qazandıqlarını bəyan etdilər.
Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib

Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib
2025-ci ilin ikinci rübünün yekunlarına görə Huawei ilk dəfə ağıllı saat tədarükü həcminə görə Apple-ı geridə qoyaraq dünyada birinci yerə çıxıb. Bu nailiyyətdə əsas rol Çin bazarına məxsusdur, hansı ki, dünya üzrə cihaz tədarükünü illik müqayisədə 8% artırıb. Müsbət dinamikanın bərpası qlobal ağıllı saat bazarının canlanmasını göstərdi.
Üçqat qatlana bilən Huawei Mate XTs-in təqdimatı anons edilib

Üçqat qatlana bilən Huawei Mate XTs-in təqdimatı anons edilib
Huawei üçqat qatlana bilən smartfon təqdim edən yeganə şirkət olaraq qalır. Rəqiblər hələ analoji modellər buraxmağa imkan tapmayıblar, lakin Çin istehsalçısı vaxt itirmir və alıcılara daha bir üçqat cihazı təqdim etməyə hazırlaşır.
Qlobal bazarda Huawei FreeBuds SE 4 ANC naqilsiz qulaqlığı təqdim edilib

Qlobal bazarda Huawei FreeBuds SE 4 ANC naqilsiz qulaqlığı təqdim edilib
Huawei qlobal bazarda FreeBuds SE 4 ANC adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Model özündə erqonomik dizaynı, səs-küyün aktiv boğulması funksiyasını (ANC) və uzunmüddətli batareya ömrünü birləşdirir.
Huawei MatePad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ

Huawei MatePad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti MatePad 11.5 S 2025 planşeti ilə yanaşı ikinci yeni planşetini də təqdim edib. Söhbət, Huawei MatePad Air 2025-dən gedir. Bu yeni planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1840 piksel keyfiyyətli 12 düym ölçülü LCD ekranla təchiz olunub.
Həftənin xəbərləri

