
Vivo X200s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
21.04.2025
Emil Nəcəfov
Vivo şirkəti Vivo X200s adlı yeni flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo X200s smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.67 düym ölçülü BOE Q10 ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Vivo X200s-in gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Smartfon Mediatek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Vivo X200s smartfonu 90 vatt gücündə sürətli şarj texnologiyalı 6200 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir.Vivo X200s artıq Çində satışa çıxıb və onun qiyməti 587$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Çin bazarını itirməyə davam edir

Apple Çin bazarını itirməyə davam edir
IDC-nin press-relizində qeyd olunduğu kimi, ötən rübdə Çində smartfon seqmenti ümumilikdə 3.3% artaraq 71.6 milyon ədədə çatıb.
Orta büdcəli Vivo V50e smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo V50e smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V50e-dən gedir. Vivo-nun bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
7000 mAh-dan böyük həcmli batareyaya sahib orta büdcəli Vivo Y300 Pro+ təqdim edilib - QİYMƏTİ

7000 mAh-dan böyük həcmli batareyaya sahib orta büdcəli Vivo Y300 Pro+ təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti Vivo Y300t ilə yanaşı daha bir yeni orta büdcəli smartfonunu təqdim edib. Şirkətin ikinci yeni orta büdcəli smartfonu Vivo Y300 Pro+ adlanır. Sözügedən smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli Vivo Y300t smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo Y300t smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo Y300t-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Vivo Vision qarışıq reallıq (AR + VR) cihazı sərgilənib

Vivo Vision qarışıq reallıq (AR + VR) cihazı sərgilənib
Vivo şirkəti Boao Asiya Forumunda (BAF) Vivo Vision adlı qarışıq reallıq (AR + VR) cihazını sərgiləyib. Bu yenilik birbaşa Apple Vision Pro-ya rəqib kimi təqdim olunur.
Həftənin xəbərləri

