Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır
Cihazlar+
28.01.2025
Emil Nəcəfov
Technote.az CNET platformasına istinadən bildirir ki, Xiaomi 15 Ultra smartfonu ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bu cihazın 2025-ci ildə ən yaxşı kamera smartfonlarından biri olacağı gözlənilir. Xiaomi 15 Ultra-nın əsas kamerası 50 MP sensorla təchiz ediləcək və f/1.6 diafraqma ilə 23 mm fokus məsafəsinə sahib olacaq. Bu, az işıqlı şəraitdə belə dəqiq və aydın şəkillər çəkməyə imkan verəcək. Ultra geniş bucaqlı sensor da 50 MP-lik olacaq və ISOCELL JN5 kamera sensorundan istifadə edəcək, bu da geniş bucaqlı çəkilişlərdə keyfiyyətin itirilməməsini təmin edəcək.
Ən diqqətçəkən xüsusiyyət isə 200 MP-lik və 4.3 qat optik zoom qabiliyyətinə malik periskop tipli telekamera lensdir. Bu lens 100 mm fokus məsafəsinə sahib olacaq və uzaq məsafələrdən detalları itirmədən çəkiliş etməyə imkan verəcək. Bundan əlavə, cihaza Sony IMX858 telekamera sensoru da inteqrasiya olunacaq ki, bu da peşəkar səviyyədə detallı şəkillər çəkməyə kömək edəcək. Sızdırılan məlumatlara görə, Xiaomi 15 Ultra-nın kamera modulu böyük ölçüdə olacaq. Bu öz növbəsində yüksək keyfiyyətli optik komponentlərin yerləşdirilməsi üçün zəruridir.
Qeyd etmək lazımdır ki, cihaz 6.7 düym ölçülü OLED LTPO ekranla təchiz edilməli və 120 Hz-lik təsvir yenilənməsi tezliyinə sahib olmalıdır. Ekranın küncləri mikro-əyriliyə malik olacaq. Ekrana inteqrasiya olunmuş ultrasəs texnologiyası əsaslı barmaq izi skanı da sürətli və təhlükəsiz kilid açma imkanı təmin edəcək. Xiaomi 15 Ultra ən son Snapdragon 8 Elite prosessoru ilə təchiz ediləcək və bu, yüksək qrafik tələbatlı oyunlardan tutmuş video redaktə tətbiqlərinə qədər hər cür tapşırığın öhdəsindən asanlıqla gələcək. Cihaz 6000 mAh-lıq batareya ilə təchiz ediləcək və 90 vatt gücündə sürətli şarj texnologiyasının və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır
Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır
Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Xiaomi-nin adı bəlli olmayan yeni smartfonu ortaya çıxıb. Ortaya çıxmış smartfon 25042PN24C model nömrəsinə sahibdir.
Təqdimata hazırlaşan Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb
Təqdimata hazırlaşan Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb
Keçən həftə Xiaomi-nin prezidenti rəsmi şəkildə təsdiqlədi ki, Xiaomi 15 Ultra artıq yaxın zamanda təqdim olunacaq və o, Çində təqdim olunandan qısa müddət sonra həmçinin qlobal bazarda da satışa çıxacaq.
Bu il nazik gövdəli smartfonların ili olacaq
Bu il nazik gövdəli smartfonların ili olacaq
Görünür, bu il nazik gövdəli smartfonların ili olacaq. Samsung 22 yanvar tarixində Galaxy Unpacked 2025 tədbirinin sonunda nazik gövdəli Galaxy S25 Edge smartfonunu anons etdi.
ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb
ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb
Counterpoint Research şirkəti dünyanın əsas smartfon bazarlarından biri olan Çin bazarının 2024-cü ilin yekunu üzrə statistikasını təqdim edib.
HyperOS-də kompüter oyunlarının dəstəyi reallaşdırılacaq
HyperOS-də kompüter oyunlarının dəstəyi reallaşdırılacaq
Xiaomi şirkəti HyperOS-in yeni maraqlı özəlliyini anons edib. Belə ki, şirkət bu istifadəçi interfeysinə WinPlay adlı mühərriki inteqrasiya edib.
Həftənin xəbərləri
Samsung Galaxy S25, S25+ və S25 Ultra təqdim olunub - QİYMƏTİ
Bu il nazik gövdəli smartfonların ili olacaq