
Xiaomi YU7 rəsmi yürüş məsafəsindən daha az yol qət edir
Nəqliyyat
17.07.2025
Emil Nəcəfov
Xiaomi-nin fəxrlə təqdim etdiyi YU7 elektromobilinin xüsusiyyətlərindən biri də güc qurğusunun yüksək səmərəliliyi idi. Şirkətin təsisçisi bildirib ki, YU7 krossoveri ilə cəmi bir dəfə şarj dayanacağı etməklə təxminən 1300 km yol qət edib. Lakin real şosse testləri göstərib ki, YU7 Max versiyasının yürüş məsafəsi 500 km-dən çox deyil və bu, rəsmi olaraq bildirilən göstəricidən geridə qalır. Sohu adlı resursun nümayəndələri bu cür nəticələrə istinad edirlər. Onlar şəhərətrafı magistralda 84 km-lik dövri marşrut üzrə bir neçə dəfə hərəkət ediblər və nəhayət, batareya tam boşalıb. Bu, təxminən 483 km məsafənin orta hesabla 100 km/saat sürətlə qət olunmasından sonra baş verib. Halbuki CLTC dövriyyə standartına görə, bu krossover bir dəfə şarjla 750 km yol qət etməlidir.

Təcrübədə isə avtomobil yürüş ehtiyatı ilə bağlı xəbərdarlıq çıxdıqdan sonra əlavə 9 km daha gedə bilib, daha sonra tamamilə sönüb. Sınaqlar zamanı ətraf mühitin temperaturu təxminən 30 dərəcə Selsi olub, salon temperaturu maksimum 24 dərəcəyə quraşdırılıb, avtomobildə iki nəfər və müəyyən miqdarda çəkiliş avadanlığı olub. Beləliklə, avtomobil təxminən 50% yüklə hərəkət edib. Xiaomi bildirir ki, onun elektromobilləri CLTC dövrünə əsasən göstərilən yürüş məsafəsinin 80-90%-i aralığında real nəticə göstərə bilir. Lakin konkret test göstərib ki, bu nisbət konkret şəraitdə cəmi 65%-i bir qədər keçib.

YU7 Max krossoveri 101.7 kVt-s tutumlu çəkici batareya ilə təchiz olunub. Əgər bort kompüteri orta enerji sərfiyyatını 100 km-ə 21 kVt-s göstərirdisə, şarj şərtlərinə əsasən hesablanan faktiki sərfiyyat 100 km-ə 22 kVt-s olmuşdu. Hərçənd bu fərq kritik sayılmır. Test iştirakçıları YU7 Max-ın batareyasını 400 A-ə qədər cərəyan gücü və 1000 V-a qədər gərginlik dəstəkləyən şarj stansiyasında doldurublar. Real şəraitdə orta güc sərfiyyatı 176.3 kVt olub. Ən intensiv enerji qəbul mərhələsi batareya səviyyəsinin 5%-dən 70%-ə qədər olduğu vaxtda baş verib - bu zaman qəbul olunan güc 300 kVt-a çatıb. Bu mərhələ 14 dəqiqə davam edib. Qalan 5% başlanğıc və son 30% isə ümumilikdə əlavə 23 dəqiqə vaxt alıb. Beləliklə, batareyanın tam dolması üçün ümumilikdə 37 dəqiqə vaxt sərf olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Android 16-nı əldə etməyəcək smartfonlarının rəsmi siyahısını təqdim edib

Xiaomi Android 16-nı əldə etməyəcək smartfonlarının rəsmi siyahısını təqdim edib
Xiaomi, Android 16 əsasında yeni proqram təminatını almayacaq smartfonlarının siyahısını açıqlayıb.
Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
Xiaomi hibrid SUV üzərində çalışır

Xiaomi hibrid SUV üzərində çalışır
SU7 sedanının uğurlu təqdimatından və yeni YU7 krossoverinə olan yüksək tələbatdan sonra, Xiaomi üçüncü avtomobil modelini hazırlayır - bu dəfə tam elektrikli olmayan bir versiya. Çin sosial şəbəkələrində YU9 kod adı ilə tanınan modelin ilk casus fotoları yayılıb.
Büdcəli REDMI 15C-nin render fotosu ortaya çıxıb

Büdcəli REDMI 15C-nin render fotosu ortaya çıxıb
Xiaomi-nin REDMI brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, REDMI 15C-dən gedir. İndi isə sözügedən smartfonun keyfiyyətli render fotosu ortaya çıxıb.
POCO VƏ REDMI-ni əhatə edən 12 smartfonun rəsmi dəstəyi dayandırılıb

POCO VƏ REDMI-ni əhatə edən 12 smartfonun rəsmi dəstəyi dayandırılıb
Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 12 smartfonunu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir.
Həftənin xəbərləri

