
Xiaomi 17 Pro modellərindəki köməkçi ekranın necə çalışacağı sərgilənib (VİDEO)
Cihazlar+
19.09.2025
Emil Nəcəfov
Xiaomi bu ayın sonuna kimi Xiaomi 17 smartfon seriyasını təqdim etməlidir. Artıq məlumdur ki, bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Bundan əlavə olaraq Xiaomi rəsmi şəkildə təsdiqləyib ki, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max modelləri arxa paneldə köməkçi ekrana sahib olacaqlar. İndi isə bu köməkçi ekranın necə çalışdığı ilə bağlı video yayımlanıb. Yayımlanmış videodan da görmək olar ki, köməkçi ekranda müxtəlif vidjetlər əks olunacaq. Buna misal olaraq zamanı və ya musiqi playerini gətirmək olar. Bundan əlavə olaraq köməkçi ekranda daxil olan zəng barədə bildiriş əks olunacaq və istifadəçi daxil olan zəngə cavab verib-verməməyi həmin ekran üzərindən reallaşdıra biləcək. Əsas arxa kamera ilə kombinasiya halında köməkçi ekran selfi fotoların çəkilməsi üçün əla alətə çevrilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Xiaomi Pad 8 Pro planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb

Təqdimata hazırlaşan Xiaomi Pad 8 Pro planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Xiaomi şirkəti Xiaomi Pad 8 planşet seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya iki modelin daxil olacağı gözlənilir: Xiaomi Pad 8 və Pad 8 Pro.
Qlobal bazarda REDMI 15C 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Qlobal bazarda REDMI 15C 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi qlobal bazarda orta büdcəli REDMI 15C 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli REDMI 15R 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli REDMI 15R 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, REDMI 15R 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi 17 Pro smartfonu Geekbench testlərindən keçib

Xiaomi 17 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi artıq təsdiqləyib ki, bu ayın sonuna kimi Xiaomi 17 flaqman smartfon seriyası təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max.
Xiaomi yaxın zamanda kompakt ölçülü Pad Mini planşetini təqdim edəcək

Xiaomi yaxın zamanda kompakt ölçülü Pad Mini planşetini təqdim edəcək
Xiaomi şirkəti yaxın zamanda qlobal bazarda kompakt ölçülü yeni planşetini təqdim edəcəyini anons edib.
Həftənin xəbərləri

